İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviyalı deputat AzTV-dən yazdı: "Bizim də diqqətimizi çəkir"

732 14.12.2019 15:45 Son xəbər A A

Latviya Seyminin (parlament) hakim partiyadan deputatı, eks-nazir Roman Naudinş sosial şəbəkə hesabında Azərbaycan Televiziyası barədə paylaşım edib.

Bakupost.az-ın verdiyi xəbərə görə, paylaşımda deyilir: “Dost ölkənin Azərbaycan Televiziyası - AzTV bu gün Latviyaya gələrək məndən, hətta azərbaycanlı babam İdris bəydən də reportaj etdi. Çox maraqlı missiyadır. Ümumiyyətlə, son vaxtlar AzTV xaricdən bizim də diqqətimizi çəkəcək maraqlı addımlar atır. Dünyadakı fərqli insanları diqqət mərkəzində saxlamaq, Azərbaycanın dostlarının sayını artırmaq təqdirəlayiqdir. Uğurlar arzulayıram!"

Qeyd edək ki, Roman Naudinşin babası İdris İbrahimov əslən azərbaycanlıdır. R. Naudinş Latviyada, o cümlədən Avropa Birliyi miqyasında fəal siyasi xadim kimi tanınır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR