İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviyadan səfərbərlikdən yayınmaq istəyən Rusiya vətəndaşları ilə bağlı QƏRAR  

1062 21.09.2022 14:29 Dünya A A


Latviya orduya çağırılmamaq üçün ölkədən qaçan və ya Şengen vizası varsa, sərhədi keçmək istəyən Rusiya vətəndaşlarına humanitar viza verməyəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç bəyan edib.

Latviya rəsmisi bu addımı “təhlükəsizlik səbəbləri” ilə izah edib.

Qeyd edək ki, bu ilin sentyabrın 19-dan Baltikyanı ölkələr, o cümlədən Latviya Şengen vizası olan Rusiya vətəndaşları üçün sərhədi bağlayıb.

Xatırladaq ki, bu ilin sentyabrın 21-də prezident Vladimir Putin Rusiyada səfərbərlik elan edib. Fərman Kremlin saytında dərc olunub. Bu, Ukraynada hərbi əməliyyatların davam etdirilməsinin zəruriliyi ilə izah edilib. Müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, orduya 300 min nəfər çağırılacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR