İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviyadan qaçan keçmiş deputat Rusiyadan siyasi sığınacaq istəyib

484 24.11.2023 15:30 Dünya A A

Cinayət təqibi təhlükəsi ilə üzləşərək Latviyadan Rusiyaya qaçan Riqa Şəhər Şurasının keçmiş deputatı, ictimai xadim Ruslan Pankratov Rusiya Federasiyasından siyasi sığınacaq istəyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Pankratov özü məlumat yayıb.

“Latviyadan Rusiyaya qaçdıqdan sonra müəyyən edilmiş qaydada Rusiya xüsusi xidmət orqanlarının süzgəcindən keçdim. Bütün prosedurlar başa çatdıqdan sonra siyasi sığınacaq üçün müraciət etdim. İndi mən qeydiyyatdan keçməyi gözləyirəm və ümid edirəm ki, bu məsələ mənim xeyrimə həll olunacaq”, - o, jurnalistlərə müsahibəsində bildirib.

Pankratov qaçmasının bəzi hallarını da danışıb: “Məni dövlət əleyhinə fəaliyyətdə ittiham edəndən sonra Latviya Daxili İşlər Nazirliyinin əməkdaşları pasportumu və digər şəxsiyyəti təsdiq edən sənədlərimi götürüb məhv etdilər. Bu o deməkdir ki, mən heç yerdə iş tapa bilməyəcəkdim və dolanışıqsız qalacaqdım. Rusiyaya qeyri-qanuni köçmək qərarına gəldim”.

Nəticədə o, Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.

Pankratov Latviyada dəfələrlə rusdilli sakinləri dəstəkləyib və yerli hakimiyyətin rus dilinə dair siyasətinə qarşı çıxış edib. Latviya hüquq-mühafizə orqanları ona qarşı bir sıra ittihamlar irəli sürüb: etnik ədavətin qızışdırılması, Avropa İttifaqının sanksiyalarından yayınma, insanlığa qarşı cinayətlər və soyqırıma haqq qazandırmaq.

O, 2022-ci ilin avqustunda həbs edilib, lakin beş ay sonra zaminə buraxılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR