Latviyadan gözlənilməz qərar - Rusiyaya qarşı qapılarını NATO gəmilərinə açdı
Latviya hökuməti, NATO-nun döyüş gəmilərinin ölkə sularına girməsini çətinləşdirən mövcud proseduru asanlaşdıran yeni qaydaları təsdiqləyib.
Avropa.info xəbər verir ki, Latviyanın Müdafiə Nazirliyindən məsələylə bağlı verilən açıqlamada deyilir:
"Avropadakı təhlükəsizlik vəziyyətinin dəyişməsi səbəbiylə və Latviyanın NATO üzvü olaraq öhdəliklərini nəzərə alaraq müttəfiq silahlı qüvvələrin Latviyaya sürətli gəlişi mümkün olduğu qədər təmin edilməlidir. Bu qaydalar hərbi təlimləri və potensial böhran vəziyyətlərini da əhatə edir".
Köhnə qaydalar, kompleks və vaxtın uzanmasına gətirib çıxaran bir şəkildə tənzimlənmişdi. Ölkə sularına daxil olmaq üçün icazəni Xarici İşlər Nazirliyi verirdi. Bununla birlikdə girişin təsdiq edilməsində həmçinin 3 nazirlik və baş qərargah da iştirak edirdi.
Bu prosesdə iştirak edən qurumların üzərinə düşən bürokratik yükü azaltmağa və qərar prosesini sürətləndirməyə yönələn yeni qaydalar, NATO ölkələrinin döyüş gəmilərinin Rusiyanın təhdidi altında olan Latviyanın sularına və limanlarına daxil olmasını asanlaşdırır.






