İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviya Rusiya ilə sərhəddə hasar tikəcək

718 18.10.2015 20:14 Son xəbər A A

Latviya Rusiya ilə sərhəddə hasar tikmək niyyətindədir. 

Musavat.com-un məlumatına görə, bu barədə ölkənin daxili işlər naziri Rixard Kozlovskis BNS telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, hasarın uzunluğu 90 km olacaq və video-müşahidə kameraları, sensor sistemlərlə təchiz ediləcək. Nazir onu da qeyd edib ki, tikintisinə 3.5 milyon avro sərf ediləcək ayırıcı divar iki ölkə arasında “Çin səddi”nə çevrilməyəcək.

“Bu qeyri-leqal miqrant axınını məhdudlaşdırmaq üçün lazım olacaq. Prosedura görə, sərhəd pozucusu saxlananda hər iki tərəfin sərhəd xidmətinin səlahiyyətli nümayəndələri görüşməlidir. İzləri fiksə eləmək lazımdır və bu adamları Rusiyaya geri götürməlidir. Hazırda Rusiya tərəfdən izlərin dəyərləndirilməsi elə də yaxşı vəziyyətdə deyil” -  əlavə edib nazir.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR