İnsanlara hürriyət, millətlərə istiqlal!

Latviya öz vətəndaşlarına Ukraynada döyüşmək icazəsi verdi

688 28.02.2022 14:27 Dünya A A

Bu gün Latviya parlamenti “Milli təhlükəsizlik haqqında” qanuna ölkə vətəndaşlarına Ukrayna ərazisində işğaçılara qarşı döyüşmək icazəsi verən dəyişikliyin iki oxunuşda qəbulunu başa çatdırıb.

Musavat.com Ukrinform-a istinadən xəbər verir ki, bu barədə Latviyanın LSM milli telekanalı məlumat yayıb.

İndiyədək Latviya vətəndaşlarına NATO, Avropa Birliyi və daha bir neçə beynəlxalq təşkilatların hərbi strukturları istisna olmaqla, heç bir ölkənin hərbi qurumlarında vəzifə tutmağa icazə verilmirdi.

Latviya tərəfi Ukraynada hərbi əməliyyatlarda iştirak etmək istəyən vətəndaşlarına ölkənin silahlı qüvvələrinin ehtiyat bölmələrində qeydiyyatdan keçməyə çağırıb.

Qeyd edək ki, Ukraynada Rusiya ordusuna qarşı döyüşmək istəyən xarici ölkə vətəndaşları üçün beynəlmiləl legion yaradılır. Legiona qoşulmaq istəyən şəxslər Ukraynanın öz ölkələrindəki səfirliklərinə müraciət etməlidirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR