ABŞ prezidenti Co Baydenin zənginlər üçün vergiləri artırmaq planı “sinif müharibəsi”ni daha da qızışdıracaq.
Musavat.şcom xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin keçmiş iqtisadi müşaviri Larri Kudlou “The New York Post” qəzetinə müsahibəsində bildirib.
Larri Kudlou sabiq dövlət başçısı Donald Trampın hakimiyyəti dövründə Milli iqtisadi şuranın direktoru vəzifəsində də çalışıb. Onun firkincə, Co Baydenin əksər iqtisadi təşəbbüsləri hər şeydən əvvəl biznesin əleyhinə yönələcək. “Bu əslində varlı adamlara qarşı sinif savaşıdır”,-deyə o, qeyd edib.
Larri Kudlounun fikrincə, yüksək vergilər heç bir zaman iqtisadiyyatı düzəltməyib. “Sizin belə olan halda rəqabətə davamlılığınız olmayacaq. Bununla ancaq ölkədən investisiyaları qaçırmaq olar. Korporasiyalar sadəcə çıxıb gedəcək. İndiki vaxtda iş dünyası və zəngin investorlara savaş açmaq əsl ağılsızlıqdır”,-deyə keçmiş üavir söyləyib.
Məlum olduğu kimi, ABŞ prezidenti bu həftə öz administrasiyasının nəhəng infrastruktur planını açıqlamalıdır. Həmin planın dəyəri 3 trilyon dollardır. Layihə yeni vergiləri də özü ilə bərabər gətirəcək. Co Bayden ildə 1 milyon dollardan çox qazanan insanların sərmayə artımına əlavə vergi müəyyən etmək niyyətindədir. Bundan başqa, ildə 400 min dollardan çox qazanan ev təsərrüfatlarının da federal gəlir vergisi artıırılır. ABŞ dövlət başçısı korporativ vergilərin 21 faizdən 28 faizə qədər yüksəldilməsində problem görmədiklərini açıqlayıb.
Musavat.com






