İnsanlara hürriyət, millətlərə istiqlal!

Lapşinin Azərbaycana qarşı bitməyən həyasızlığı – Yəhudi südü sənə haram olsun!

4247 03.12.2022 16:33 Yazarlar A A

Rusiya doğumlu, yəhudi əsilli Aleksandr Lapşini yəqin ki, çoxumuz unudub. Amma o, bizi deyəsən heç cür unuda bilmir. Qarabağa qanunsuz səfərlər elədiyi, erməni separatizminə açıq dəstək verdiyi, Azərbaycan dövlətini aşağıladığı üçün “qara siyahı”mıza salınan, daha sonra Belarusda saxlanılıb Bakıya ekstradisiya edilən, özünü “bloger-səyahətçi” adlandırsa da, əslində faşist hayların dost-simsarı missiyası daşıyan bu yaramaz öz bəd əməllərindən hələ də əl çəkməyib.

Yada salaq ki, 2017-ci ildə ona 3 il həbs cəzası da kəsilmişdi. Lakin anasının və özünün əfvlə bağlı müraciətindən sonra Azərbaycan dövləti, Prezident İlham Əliyev ona böyük humanistlik göstərdi. Azadlığa buraxıldı və İsrailə getdi. Türmədən çıxan kimi isə tövbə eləmək, peşman olmaq əvəzinə, köhnə əməllərinə davam etdi.

O vaxtdan Azərbaycan dövlətini yenə harda gəldi şərləyir, böhtanlar yağdırır, qara yaxır. Guya Bakıda həbsdə olanda onu öldürmək istəyiblər. Kimə lazım imiş onun murdar leşi, maraqlıdır. Yəqin özü haqda çox yüksək fikirdə olan Lapşin bu yolla dəyəsiz dərisini dəyərə mindirmək istəyib. Yəni ki, baxın, Azərbaycan necə “böyük, dahi” bir şəxsi zindana salıbmış...

Mətləbdən uzaqlaşmayaq.

Azərbaycana qarşı kin-küdurəti bitməyən bu həyasız tip indi də başına gələnlər haqda guya ölkəmizi dünyada biabır edəcək filmin anonsunu verib. Rejissoru da kim olsa yaxşıdır - erməni Civan Avetisyan! Su-çuxur məsələsi...

Sitat: “Dostlar, bir xəbəri bölüşmək istəyirəm. Rejissor Civan Avetisyanın “Qara siyahı” (“Black list”) bədii filmi üzərində iş fəal şəkildə davam edir. Bu, Belarusda həbs olunmağım, Azərbaycana qanunsuz ekstradisiyam, Bakı həbsxanasında işgəncə və alçaldılmam haqqında Amerika-Avropa trilleri olacaq. Alan Parkerin 1978-ci ildə çəkilmiş türk həbsxanasından bəhs edən sensasiyalı “Gecəyarısı Ekspresi” (Gecəyarısı Ekspresi) filmi kimi bir şey yəni”.

Üzdəniraq bloger sevinc hissi ilə onu da deyib ki, filmdə Hollivudun bir çox tanınmış aktyorları da iştirak edəcək. “Biz Azərbaycanı dünyada məşhur edəcəyik, amma əlbəttə ki, onların istədiyi formada yox”, - erməni yanlısı özünə vurğunluqla iddia edib.

Nə deyəsən indi? İsrailin, böyük yəhudi xalqının Azərbaycan dövləti və xalqına münasibəti, dəstəyi, o sırada 2-ci Qarabağ savaşında göstərdiyi kömək hara, Lapşinin sırtıqlığı hara? Nə yazıq ki, belə nadürüst, zatıqırıq yəhudilər də var. Bəlkə də araşdırsan heç təmiz cuhud qanı da yoxdur onda. Erməni qatışığı var.

Amma yada salanda ki, 2-ci Dünya müharibəsi zamanı faşistlərin yəhudi xalqına qarşı apardığı soyqırımına yəhudi millətindən olan bəzi ikiayaqlılar da yardımçı olub, onda təəccüblənməyin yeri qalmır. Lapşin də şübhəsiz, ikincilərdəndir – Xocalı soyqırımına imza atmış faşist ermənilərin havadarlarından! Yəhudi südü sənə haram olsun!..

2020-ci ilin payızında, 44 günlük müharibə zamanı bir daha erməni işğalçılarına sevgisini büruzə verən, Azərbaycanın tezliklə darmadağın olacağını söyləyən, lakin arzusu gözündə qalan Lapşinin filminə əlbəttə ki, qoz da verməyəcəklər. Əksinə, əminik ki, yəhudilərin özləri filmi boykot edəcək, bu şərəfsizi itin məlum yerinə soxacaqlar. Zira, bu, yüzdə yüz erməni fitnəsi ilə Azərbaycan və yəhudi xalqları arasına nifaq salmağa hesablanmış film olacaq.

Odur ki, hayların felinə gedən bu zatda bir azca abır-həya varsa, öz fokuslarına nə qədər tez son qoysa yaxşıdır. Ən əvvəl də özü üçün. Yoxsa bu dəfə də çəkdiyi filmə görə Azərbaycan həbsxanasının sakininə çevrilə bilər. Həm də əfv şansı olmadan. Günə gün yatmaqla alacağı cəza ilə.

Seçim özünündür...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR