İnsanlara hürriyət, millətlərə istiqlal!

“Laçındakı postla bağlı müəyyən uzlaşmalar istisna olunmur” - Polkovnikdən SENSASİON AÇIQLAMA

3660 04.05.2023 18:11 Gündəm A A

“Təbii ki, sülhməramlıların yeni komandanı Azərbaycan ərazisində xidmət aparacaq, öz missiyasını yerinə yetirəcək. Amma Aleksandr Lentsovdan nəsə gözləməyə dəyməz. O, əmrə tabe olan adamdır, Rusiyanın maraqlarını qoruyur”.

zakir.jpg (113 KB)

Bu sözləri Musavat.com-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Rusiya sülhməramlılarının komandanının Bakı səfərinə münasibət bildirərkən deyib.

şair.jpg (319 KB)

Hərbi ekspert qeyd edib ki, Lentsovun gəlişindən sonra hər şeyin dəyişəcəyinə inanmaq olmaz:

“Azərbaycan tərəfi keçmiş komandan Andrey Volkovdan yalnız neqativ yanaşma görüb. Sülhməramlıların indiyə qədər saysız-hesabsız nöqsanları üzə çıxıb. Volkov haqda məlumatlar çox idi. Ruben Vardanyanla çox yaxın olması onun fəaliyyətinə təsirsiz ötüşmürdü. Lentsovla bağlı informasiya isə azdır.

Əlbəttə, Bakı görüşündə Azərbaycan hərbi rəhbərliyi tərəfindən Aleksandr Lentsovun qarşısına müəyyən tələblər qoyulacaq. Keçmiş komandanın nöqsanları qeyd ediləcək. Laçındakı postla bağlı da müəyyən uzlaşmalar istisna olunmur. Bu da təbii haldır. İstənilən halda keçirilən görüşlərə pozitiv baxmaq lazımdır. Görüşdən sonra vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyinə baxarıq. Əgər biz görsək ki, Rusiya sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq istəyir, o zaman Azərbaycan əlbəttə ki, lazımi addımları atacaq. Laçında sərhəd-keçid məntəqəsinin qurulması artıq bir addımdır. Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd mexanizmi yaradılandan sonra ordan yüklər, şəxslər yalnız Azərbaycanın razılığı ilə keçə bilir.

Azərbaycan üçün iki əsas məsələ var – 1) 4-cü bəndin həyata keçirilməsi – qanunsuz silahlıların tərk-silah edilməsində Rusiya sülhməramlılarının rolu 2) reinteqrasiya məsələləri”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR