İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolu aksiyasının nəticəsi: Qarabağ erməniləri ilə İrəvan arasında uçurum dərinləşdi

1250 05.01.2023 18:37 Gündəm A A

 

 

Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəllların 24 gündür davam edən aksiyası  Qarabağdakı erməni “liderlər”lə  Ermənistan rəhbərliyi arasında uçurumu daha da dərinləşdirib. Bu, xüsusilə İrəvandan sülhməramlıların ünvanına kəskin ittihamlar fonunda daha çox nəzərə çarpır. Paşinyan hökumətinin son iclasında Ermənistanla yeganə quru əlaqəsinin guya bağlı qalmasına görə   sülhməramlıları ittiham etdikdən sonra Xankəndi “hakimiyyəti” əksinə, onları müdafiə etməyə davam edib. Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa daha böyük və çoxmillətli sülhməramlı missiya göndərməyə çağırış edib. Rusiya rəsmiləri kimi  Qarabağdakı qondarma rejimin rəhbərliyi də bu təklifi birmənalı rədd ediblər.  “XİN başçısı səlahiyyətlərini icra edən” David Babayan sülhməramlıların dekabrın 12-dən başlayan aksiyasını zorla dağıtmaq çağırışıları pisləyib, deyib ki, sülhməramlıların belə bir beynəlxalq mandatları yoxdur. “Problem ruslarda deyil”, - Babayan AzadlıqRadiosunun İrəvandakı erməni xidmətinə deyib: “Biz bunu dərk etməliyik. İndiki məqamda Rusiya sülhməramlılarına qarşı çıxmaq Artsaxı boğmaq deməkdir. Bütün bunların günahkarı kimdir? Ruslar?” O, Ermənistandan səslənən bu tipli bəyanatları anlamadıqlarını deyib və onlara sual da edib:  “Niyə axı sülhməramlılara qarşı bu yanlış xətti davam etdirirsiz?”

Qondarma “dqr parlamenti”ndəki partiyalar da Paşinyan və onun hakimiyyətinin mövqeyini daha sərt tənqid ediblər. “Erməni İnqilabi Federasiyası”nın yerli şöbəsinin rəhbəri Artur Mosyan, Paşinyanı ittiham edərək  “O, öz məsuliyyətini nə sülhməramlıların, nə də bir başqalarının üzərinə atmasın” deyib.

“Bunların hamısında ilk növbədə o, günahkardır. Sadəcə olaraq, Paşinyan bunun Qarabağ üçün yaxşı və ya pis olduğunu düşünmədən anti-Rusiya bəyanatı vermək fürsətini əldən vermir”.

“Ədalət partiyası”ndan David Qalstyan deyib ki, Paşinyan hökuməti boş-boş danışmaq əvəzinə Qarabağ ermənilərinə daha çox kömək etməlidir. O,  Qarabağdakı separatçı rejimi Ermənistan hökumətinin Qarabağa 4 milyard dram (10 milyon dollar) yardımından imtina etməyə çağırıb. Yada salaq ki, bundan bir neçə gün əvvəl separatşı rejimin rəhbəri Araik Arutyunyan da İrəvandan sülhməramlıların ünvanına səslənən ittihamları rədd edib, onları müdafiə edərək, onların  fəaliyyətini yüksək qiymətləndirib.

Beləliklə, aksiyanın önəmli nəticələrindən birinin ermənilər arasında gərginlik, uçurum yaratdığını əminliklə söyləyə bilərik.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Azad Vətən Partiyasının sədri Akif Nağı Musavat.com-a bildirdi ki, aksiyaların təşkili , davam etdirilməsi çox uğurlu addım oldu. Ermənilər 2020-ci ildə təxribatlar törətdilər, cavabında ağır zərbə aldılar, peşmançılıqları da heç bir fayda vermədi. Ermənilər ağıllarını tamam itiriblər. Başa düşmürlər ki, atdıqları hər hansı addım dərhal özlərinə qarşı çevrilir: “Azərbaycanlı mütəxəssislərin mədənlərə yolunun aksiya vasitəsi ilə qarşısının kəsilməsi ermənilərin növbəti axmaqlığı oldu. Cavabında Laçın-Xankəndi yolunda ekofəalların aksiya təşəbbüsünü aldılar. İndi çətin seçim qarşısında qalıblar, bilmirlər nə etsinlər. Daha doğrusu, nə edirlərsə, öz əleyhinə çevrilir. Bu günlərdə İrəvanda bir təşkilat rəhbəri çıxış yolu kimi ya  "beynəlxalq  təsir aləti"nin  hazırlanmalı olduğunu, ya da" 1992-ci ildə olduğu kimi güclə" hərəkət etməli olduqlarını bildirib. Bunlar artıq gülməli və absurd fikirlərə düşüblər. Reallıq isə ondan ibarətdir ki, ermənilər situasiyanı dəyişə bilmir, günahı da bir-birlərindən görürlər. Ona görə də getdikcə İrəvan və Xankəndi separatçıları arasında ixtilaflar daha da dərinləşəcək, üstəlik, onların Rusiya ilə münasibətləri də gərginləşəcək”.

Yazarlar Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Azərbaycan ekofəallarının etiraz aksiyalarının davam etməsi fonunda proseslər getdikcə ölkəmizin maraqlarına uyğun daha aydın şəkildə dəyişir: “Ermənistan tərəfinin bununla bağlı bütün diplomatik təşəbbüsləri fiaskoya uğradı və beynəlxalq dəstək ala bilmədi. Bundan sonra da bu kimi anti-Azərbaycan siyasətləri uğurlu olmayacaq. İlkin mərhələdə  Azərbaycanın şərtlərini qəbul etməli idilər. Azərbaycan hədəflərinə nail olur. Ermənistan sülhməramlı qüvvələrinin fəaliyyətindən narazıdır. Amma, sülhməramlı qüvvələr İrəvanın istəyinə uyğun olaraq dinc aksiyaya müdaxilə edə bilməz. İkincisi, Qarabağda separatçılarla İrəvan arasında ziddiyyətlər dərinləşir. Ziddiyyətlər var idi, ekofəllarımızın aksiyası ermənilər arasında ziddiyyətləri uçurum həddinə çatdırır. Ermənistan Azərbaycanın daxili işlərinə qarışmamali və bu prosesi Azərbaycan Xankəndinə nəzarəti bərpa etməklə aparmalıdır. Amma, Ermənistan burada maraqlı deyil və sülhün əldə edilməsinə qarşıdır. Rusiya da burada qızışdırıcı mövqe ortaya qoyub. Bütövlükdə Azərbaycan artıq dəhlizə nəzarəti bərpa edib və bu vəziyyət bölgədə separatizmə zərbə vurur. Ermənistan Qarabağa silah sursat daşıya bilmir. Bu aksiya separatçılar və İrəvan arasında böhran yaradıb. Mədən ərazilərinin qanunsuz istismarı dayanıb. Təklif edirəm ki, sülhməramlı qüvvələrin təminat maşınları da yoxlanmalıdır. Onlar ermənilərə silah daşıya bilərlər. Aksiyadan bir müddət öncə sülhməramlıların ermənilərə silah gətirdiyi barədə məlumatlar yayılmışdı. Ümumiyyətlə, ekofəalların etirazı və bizim yola nəzarət etməyimiz ermənilərin bir sıra planlarını fiaskoya uğratdı”. 

Etibar SEYİDAĞA
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR