İnsanlara hürriyət, millətlərə istiqlal!

La Liqada meydan sahibləri qələbə qazana bilməyiblər

539 02.07.2020 03:38 İdman A A

İspaniya La Liqasında XXIII turun növbəti oyunları baş tutub.

Apasport.az saytının məlumatına görə, tur çərçivəsində 4 matç keçirilib.

Qarşılaşmalardan üçündə qonaqlar qalib gəlib. “Qranada” “Alaves”in, “Atletik” “Valensiya”nın qapısından iki cavabsız top keçirib. “Vilyarreal” “Betis”ə eyni hesabla qalib gəlib. Meydan sahiblərinin uduzmadığı yeganə matçda “Valyadolid” və “Levante” qolsuz heç-heçə oynayıb.

Qeyd edək ki, turun son görüşləri iyulun 2-də keçiriləcək.

İspaniya La Liqası
XXIII tur
1 iyul
“Alaves” – “Qranada” – 0:2
Kortes, 28, Soldado, 39
“Valensiya” – “Atletik” – 0:2
Qarsia, 13, 47
“Betis” – “Vilyarreal” – 0:2
Moreno, 7 (pen.), 30
“Valyadolid” – “Levante” – 0:0

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR