İnsanlara hürriyət, millətlərə istiqlal!

KXDR ilə ABŞ əsgərlərinin qalıqlarının repatriasiya məsələsi müzakirə ediləcək

543 15.07.2018 13:49 Dünya A A

KXDR və ABŞ nümayəndə heyətləri bazar günü Pxanmuncom sərhəd nöqtəsində görüşüblər. Görüş zamanı Koreya yarımadasında müharibə zamanı həlak olmuş ABŞ qoşunlarının əsgərlərinin qalıqlarının repatriasiyası məsələsi müzakirə olunacaq.

Əvvəlcə danışıqlar iyulun 12-də keçirilməli idi, lakin Şimali Koreya görüşə kifayət qədər hazırlıqlı olmadığı üçün görüşü təxirə salıb.

7,7 min ABŞ əsgəri 1950-1953 illərdə Koreya müharibəsindən sonra itkin düşmüş hesab edilirlər. Pentaqonun verdiyi məlumata görə, KXDR nümayəndələri 200 nəfər ABŞ hərbiçilərinin qalırlarının onlarda olduğu haqda xəbər verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR