İnsanlara hürriyət, millətlərə istiqlal!

KXDR-də COVID əlamətləri olan insanların ümumi sayı 4 milyona yaxınlaşır

248 04.06.2022 13:04 Dünya A A

KXDR-də son sutka ərzində koronavirus əlamətləri olan 79 min 100 nəfər aşkarlanıb və aprel ayının sonlarından bəri onların ümumi sayı 3 milyon 996 min 690 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, bu müddət ərzində yüksək hərarəti olan pasientlərdən 3,85 milyonu sağalıb, 146 min nəfərin müalicəsi isə davam edir. Həmçinin son sutka ərzində bənzər simptomlu bir xəstə ölüb və həyatını itirənlərin sayı 71 nəfərə yüksəlib.

Seulun məlumatına görə, Pxenyan məhdud test imkanları səbəbindən yalnız qızdırma əlamətləri olan insanların statistikasını aparır.

Mayın 12-də Koreyanın Mərkəzi Xəbər Agentliyi KXDR ərazisində COVID-19 infeksiyasına ilk yoluxma hallarının aşkarlandığı barədə məlumat yayıb. Elə həmin gün Şimali Koreya lideri Kim Çen In bütün ölkə ərazisində sərt qapanma rejiminin tətbiqi barədə göstəriş verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR