“Bakılı oğlanlar” komandasının kapitanı, mərhum deputat Anar Məmmədxanovun qızı Məryəmin toy məclisi keçirilib.
Musavat.com xəbər verir ki, "Buta Palace"da baş tutan məclisdə KVN-çilər, şou-biznesin tanınmış simaları, səbəbkarların ailə üzvləri iştirak edib.
Gecədə "Bakılı oğlanlar" komandasının keçmiş üzvləri Məryəmə sürpriz hazırlayıblar. Onlar A.Məmmədxanovun yer aldığı video-çarxı nümayiş etdiriblər. Daha sonra səhnəyə çıxaraq Məryəmə həsr etdikləri mahnı oxuyublar.
Qeyd edək ki, Məryəm Məmmədxanova Gəncə Aviasiya Təmiri zavodunun direktoru Hacı Etibar Həsənovun oğlu Orxanla ailə qurub.
Könül
Musavat.com






