İnsanlara hürriyət, millətlərə istiqlal!

Kütləvi zəhərlənməyə görə dönərxananın fəaliyyəti dayandırıldı

759 13.12.2021 12:33 Son xəbər A A

Dekabrın 12-də "28 Mall" Ticarət Mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"də toyuq dönəri yemiş 8 nəfər zəhərlənib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata görə, faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma davam edir: Ekspertizalar təyin olunub. Obyektin fəaliyyəti dayandırılıb.

Zəhərlənən 8 nəfər Tibbi Klinik Mərkəzə yerləşdirilib.

Müraciət edənlərin 1-i qadın, 7-si kişidir. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR