İnsanlara hürriyət, millətlərə istiqlal!

Kuryoz hal: 1,8 minə yaxın məhbus “türmə” növbəsi gözləyir

696 19.02.2024 17:53 Dünya A A

Hollandiyada penitensiar müəssisələrdə kadr çatışmazlığı səbəbindən 1,8 minə yaxın məhkum həqiqi cəzasını çəkmək üçün öz növbəsini gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə Krallığın hüquqi müdafiə naziri Frank Veyervind ölkə parlamentində məlumat açıqlayıb.

O izah edib ki, ölkədə kifayət qədər həbsxana kameraları var, lakin bəzi kameralardan istifadə etmək mümkün deyil, çünki onlara xidmət göstərən işçi yoxdur. Kadr çatışmazlığı səbəbindən nazir 2023-cü ilin sonunda kameraların yalnız polis tərəfindən məhkum edilmiş şəxslərə, habelə istintaq təcridxanasında olanlara ayrılmasını tapşırıb.

Nazirin sözlərinə görə, belə tədbirlər nəticəsində azadlıqda qalaraq həbsxanaya göndərilməyi gözləyən məhkumların sayı artır. Veyervind etiraf edib ki, bu vəziyyətin nə qədər davam edəcəyini bilmir.

Nazir əlavə edib ki, kadr çatışmazlığı bütün cəmiyyətə təsir edir və hazırda insanları penitensiar müəssisələrdə işləməyə cəlb etmək və onları orada saxlamaq üçün tədbirlər müzakirə olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR