İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzasıyla bağlı cinayət işi başlanılıb

297 04.11.2019 11:28 Son xəbər A A

Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, ötən gün Bakı-Qazax-Gürcüstan avtomobil yolunun rayonun Qarabucaq qəsəbə ərazisindən keçən hissəsində Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Elsevər İsgəndərov idarə etdiyi DAF markalı yük avtomobili ilə yolu keçən piyada – Kürdəmir sakini, 1979-cu il təvəllüdlü Nizami Qarayevi vurub.

Nəticədə yaralı hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və Tətqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR