İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə iki mağazadan oğurluq edən oğru dəstə saxlanılıb

487 15.02.2023 13:41 Kriminal A A

Kürdəmirdə üç mağazadan oğurluq edərək zərərçəkmişlərə ümumilikdə 20000 manata yaxın maddi ziyan vuran oğru dəstə saxlanılıb.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar-fevral aylarında rayonun Mollakənd və Qarabucaq kəndləri ərazisində yerləşən üç mağazadan oğurluq edən üç nəfər saxlanılıb. Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Arif Əliyev, Samir Babayev və Mərahim İbrahimov olduqları müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, aparılan istintaq zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq yanvar ayının sonlarında rayonun Mollakənd kəndi ərazisində yerləşən mağazaların birindən 3000 manat pul, bir ədəd mobil telefon, spirtli içkilər və tütün məmulatları oğurlayaraq mağaza sahibinə 4657 manat, fevral ayında isə rayonun Qarabucaq kəndi ərazisində yerləşən iki mağazadan 11000 manat dəyərində tütün məmulatları, 3025 manat pul, 1000 manat dəyərində danışır kartları və 208 manat dəyərində ərzaq məhsulları oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 15233 manat maddi ziyan vurublar.

Polis əməkdaşları tərəfindən oğurluq yolu əldə olunmuş tütün məmulatlarının və danışıq kartlarının bir qismi həmin şəxslərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Həmin dəstə üzvlərinin digər analoji cinayət hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR