İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə fərdi yaşayış evindən oğurluq edən iki şəxs saxlanılıb

329 13.07.2021 12:19 Kriminal A A

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, iyul ayının 4-də Kürdəmir Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 3800 manat, 700 ABŞ dolları, altı ədəd xalça, 3 ədəd televizor və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Şahin Şıxaliyev və Raqif Qədirov saxlanılıblar.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq hadisəsini etiraf edib.

Faktla bağlı Kürdəmir RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR