KÜR KÖÇKÜNLƏRİ FHN VƏ NAZİRLƏR KABİNETİNİ MƏHKƏMƏYƏ VERİB
FHN nümayəndəsi Tariyel Hüseynov da bir sıra nazirlik və idarələrin, habelə Hollandiyanın “Deltares Royal” və “Haskoninq” şirkətlərinin nümayəndələrindən ibarət komissiyanın gələcəkdə daşqınların qarşısının alınması üzrə kompleks tədbirlər planı hazırladığını bildirmişdi. Artıq Kür daşqınları ilə bağlı son 8 ayda problemləri həll olunmayan bir qrup Sabirabad və Saatlı sakini dəyən ziyanın ödənilməsi tələbi ilə FHN və Nazirlər Kabinetini məhkəməyə verib. Redaksiyamıza daxil olan məlumata görə, əslində fəlakət ərəfəsində kəndləri xilas etmək üçün sel suları ərazidəki Sarısu gölünə tökülməli idi. Ancaq oliqarxlardan biri buna imkan verməyib və indi əhalinin köçürülməsi planının ortaya atılması Sarısu gölünün ərazisinin genişləndirilməsinə xidmət edir. Məhz Hollandiyanın adıçəkilən iki şirkəti də bunun üçün ölkəmizə dəvət olunub. Çünki Sarısu gölü ətrafında balıq vətəgələri yerləşir. Bu vətəgələrin də “Fövqəlnazir”ə məxsus olması sirr deyil.






