İnsanlara hürriyət, millətlərə istiqlal!

Kür çayında boğulan 4 nəfərdən daha biri tapıldı- Foto

5187 03.08.2014 22:29 Son xəbər A A
Xəbər verdiyimiz kimi, avqustun 2-də Qazax rayonunda bir ailə dramı yaşanıb. Tofiq Civişovun bütün ailə üzvləri Kür çayında batıb. Dünən axşam saatlarında Tofiq bəyin həyat yoldaşı Civişova Pərvanin meyiti Yuxarı Salahlı kəndi ərazisində kənd sakinləri tərəfindən sudan çıxarılsa da, övladlarını - qızları Aytən və Gülmirə Civişovaları və Rafiq Civişovu tapmaq mümkün olmayıb.

Bu gün mərhumə Pərvanənin meyiti yaşadığı kəndində torpağa tapşırılıb.

Bu dəqiqələrdə bölgə müxbirimizin hadisə yerindən verdiyi məlumata görə, artıq təxminən saat 19:00-da Yuxarı Salahlı kənd sakinləri tərəfindən kənd ərazisində - anasının tapıldığı - "Nasosnu" adlanan yerdə ailənin oğlu Rafiq Civişovun meyiti də sudan çıxarılıb. Mərhumun doğulduğu kəndə aparılıb. Hadisənin şokundan ata Tofiq bəyin hönkürtüsü Kür boyu yayılıb.

Bacılarının meyiti isə hələ də tapılmayıb. Kənd camaatı və FHN-nin əraziyə cəlb edilən dalğıcları bacıların çiləkənə ilişib qala biləcəkləri variantını əsas gətirib onların tapılması üçün yenidən axtarışlara başlayıblar. 

Mütəxəsisləri verdiyi məlumata görə, Aytən və Gülmirə bacılarının meyiti hələ şişmədiyinə görə üzə çıxmayıb. Səhər günortaya, ən geci axşama üzə çıxacaqları ehtimal olunur.

Qeyd edək ki, Tofiq Civişov və ailəsi Kür Çayına istirahət edib balıq tutmaq məqsədilə getdikləri deyilir. Hadisənin baş verməsinə səbəb isə evin oğlu 11-ci sinif şagirdi Rafiq Civişovun toz-torpağa batdığından Kürün Şıxlı və Yuxarı Salahlı kəndləri yaxınlığında iki qolunun birləşdiyi yerdə vəziyyəti dərk etmədən yuyunmaq istəməsi olub. Və bu zaman ayağı sürüşüb iki qolun birləşməsindən əmələ gələn burulğana düşüb axıb.

Kənd sakinlərinin dediyinə görə, Rafiqin bacısının həyat yoldaşı onu xilas etmək üçün suya atılsa da, heç bir şeyə nail ola bilməyib. Özü də axıb. Bir ağacdan tutunduğundan salamat qalıb. Həyat yoldaşının, baldızının və qayınanası Pərvanə xanımın suda boğulduğudan xəbəri olmayıb.
 
Hadisənin Rafiq və yeznəsi suda boğulan andan sonrasının şahidi olmayıb. Bu an Tofiq bəy də maşında yatıb. Övladları və həyat yoldaşı suda boğulub gözdən itəndən sonra kürəkəni tərəfindən xəbər tutub ki, onda da iş işdən keçmiş olub.

Bu xəbəri diqqətdə saxlayacağıq. Bizi izləyin.

Hikmət Orhun

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR