İnsanlara hürriyət, millətlərə istiqlal!

Külli miqdarda mənimsəmədə suçlanan idarə rəisi hakim qarşısında

457 04.12.2019 11:42 Kriminal A A

“Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilən Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.

Külli miqdarda mənimsəmədə təqsirli bilinən Ruslan Dilanovun işində “Lifttəmir” İstehsalat Birliyi zərərçəkmiş tərəf kimi tanınıb.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR