İnsanlara hürriyət, millətlərə istiqlal!

Küçədə qələm satan qadına qarşı dələduzluq edənə hökm oxundu- Rusiyada tutulmuşdu

523 11.03.2021 15:08 Kriminal A A

Külli miqdarda dələduzluqda ittiham edilən şəxsin məhkəməsi başa çatıb. Öncə yada salaq ki, o, Rusiyada saxlanılaraq Azərbaycana gətirilmişdi.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1963-cü il təvəllüdlü Zamanov Oqtay Sultan oğlunun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən O. Zamanov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Zərərçəkmiş Səbinə Kərimova 6500 manatlıq zərərin ödənilmədiyini deyir. Məmmədəli Quliyev isə 17 minlik zərərdən yalnız min manatının geri qaytarıldığını söyləyir.

İş üzrə zərərçəkmişlərdən biri Zinə Məmmədovadır. Zərərçəkmiş qadın deyir ki, Oqtay Namazov ondan aldığı 13 min manatın 6 minini geri qaytarıb.

"Mən küçələrdə qələm satıram. Qəpik-qəpik yığdığım pulu məndən alıb. Pulumu versin, həbs edilməsini istəmirəm. Cəhənnəmə, nə edibsə daha keçib",- deyə zərərçəkmiş söyləyib.

Oqtay Zamanov bir neçə nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə ittiham edilir. O, mənzil fırıldağında suçlanır.

Barəsində çoxsaylı şikayətlər edildikdən sonra O.Zamanov Rusiyaya qaçıb.

Azərbaycan Baş Prokurorluğu tərəfindən Rusiya Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğular edilib.

Sorğuya müsbət cavab verilib və O.Zamanovun Azərbaycana ekstradisiyası həyata keçirilib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR