"Kubanın kapitalist sistemə xidmət edəcəyinə ABŞ-da ümid etməsinlər" - Raul Kastronun qızı
“ABŞ-Kuba münasibətlərində istiləşmə o demək deyil ki, ada kapitalist sisteminə qayıdacaq”.
Avropa.info xəbər verir ki, belə bəyanatla ölkə başçısı Raul Kastronun qızı Mariela Kastro çıxış edib.
Mariela Kastro deyib: “Dəyişikliklərdən sonra ümid edirlərsə ki, Kuba Amerikanın maliyyə qruplarının maraqlarına xidmət etmək üçün kapitalizmə qayıdacaq onlar fantaziyalarının əlində əsir qalıblar”.
ABŞ-la münasibətlər Kubaya səhiyyəni, təhsili, elmi layihələri inkişaf etdirmək üçün lazımdır.
Çərşənbə günü Obama bəyan etmişdi ki, 1961-ci ildən bu yana Kuba ilə kəsilmiş diplomatik əlaqələri bərpa edir.






