İnsanlara hürriyət, millətlərə istiqlal!

Kubadakı təyyarə qəzasının detalları məlum olub

896 19.05.2018 06:44 Dünya A A

Kubada baş verən təyyarə qəzasının bəzi detalları məlum olub.

 

APA-nın məlumatına görə, bu barədə “Cuba TV” xəbər verib.

 

Bildirilir ki, Havana yaxınlığında qəzaya uğrayan təyyarə naməlum səbəbdən hava limanına qayıtmaq üçün geri dönərkən elektrik naqillərinə çırpılıb. Daha sonra yerə düşən layner alışıb.

 

Qeyd edək ki, Havana-Olqin marşrutu üzrə uçan layner ötən axşam qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 105 nəfər olub, onlardan 3-ü sağ qalıb. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR