İnsanlara hürriyət, millətlərə istiqlal!

Kubada bir dövr başa çatdı - Raul Kastro istefa verdi

1370 17.04.2021 01:34 Dünya A A

Kuba Kommunist partiyasının 89 yaşlı lideri Raul Kastro tutduğu son vəzifədən də istefa verdiyini açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu qərarını partiyanın VIII qurultayında açıqlayıb. “Mən böyük məmnuniyyətlə ölkə rəhbərliyini olduqca hazırlıqlı, inqilab əxlaqına sadiq, millətimizin tarix və mədəniyyətinə bağlı insanlara buraxıram”,-deyə Raul Kastro çıxışında bildirib.

Xarici agentliklər Kuba dövlət televiziyasının partiya rəhbərliyindəki dəyişiklikləri təsdiq etdiyini yazıb. Raul Kastronun varisi isə Dövlət şurasının hazırkı sədri Migel Dias-Kanel olacaq.

Kuba Kommunist partiyasının səkkizinci qurultayının 4 gün sürəcəyi bilinməkdədir. Siyasi ekspertlər Raul Kastronun hakimiyyətdən könüllü əl çəkməsinə rəğmən partiya içində dərin nüfuzunu qoruyub saxlayacağı düşüncəsindədirlər.

Xatırladaq ki, Raul Kastro Kubanın əfsanəvi lideri Fidel Kastrodan ölkə rəhbərliyini 2008-ci ildə təhvil almışdı. Həmin il o, eyni zamanda dövlət və hökumət başçısı, Silahlı qüvvələrin ali baş komandanı və partiyanın birinci katibi vəzifələrinə seçilmişdi.

2018-ci ildə Kubada yeni Konstitusiyanın qəbul edilməsi ilə bilrikdə Raul Kastro dövlət və hökumət başçısı postlarını buraxmasına rəğmən orduda komandanlıq və partiya liderliyini qoruyub saxlamışdı.

2019-cu ildə qəbul olunan yeni qanuna əsasən, Kubada prezident və baş nazir vəzifələri də təsis edilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR