İnsanlara hürriyət, millətlərə istiqlal!

Kuba və Mərakeş arasında diplomatik münasibətlər bərpa edilib

689 22.04.2017 06:50 Dünya A A

Kuba və Mərakeş 37 il əvvəl dondurulmuş diplomatik münasibətləri bərpa ediblər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, diplomatik münasibətlərin bərpasına dair sazişin imzalanma mərasimi Nyu-Yorkda baş tutub.

Sənədə iki ölkənin BMT-dəki nümayəndələri Anayansi Rodriqes Kamexo və Ömər Hilal imza atıb.

Ölkələr arasında diplomatik böhran 1980-ci ildə, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanıyandan sonra baş vermişdi. Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edərək ona krallıq tərkibində geniş muxtariyyət statusun verilməsini mümkün sayır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR