İnsanlara hürriyət, millətlərə istiqlal!

Kriştianu Ronaldu növbəti dəfə "Çelsi"yə təklif olunub

669 29.08.2022 18:16 İdman A A

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "Çelsi"yə keçə bilər.

"Report" "The Independent" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun agenti Xorxe Mendeş onu növbəti dəfə "zadəganlar"a təklif edib.

Mendeş artıq London təmsilçisi ilə əlaqə də saxlayıb. O, klubun mövqeyinin dəyişib-dəyişmədiyini öyrənməyə çalışır.

Qeyd edək ki, Ronalda daha əvvəl "Çelsi"yə təklif olunsa da, baş məşqçi Tomas Tuxel bundan imtina edib. Portuqaliyalı forvardın "qırmızı şeytanlar"la müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR