İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada narkotik alveri edən azərbaycanlı tutuldu - VİDEO

Rusiyanın Primorye diyarının Naxodka şəhərində 41 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Virtualaz.org saytı Rusiyanın hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, saxlanılan şəxsin üzərindən iri həcmdə narkotik maddə (heroin) aşkar edilib.

Polis əməkdaşları azərbaycanlının evində axtarış apararaq 3 milyon (təxminən 60 min manat — virtualaz.org) rubldan çox pul vəsaiti aşkar edərək götürüblər. Pullar divanın üzlüyünün altında gizlədilibmiş.

Faktla bağlı cinayət işi qaldırılıb.

Xəbərdə deyildiyinə görə, polis əməkdaşları uzun müddət ərzində tutulan azərbaycanlını izləyirmişlər. Bir müddət öncə eyni əmələ görə onun həyat yoldaşı da saxlanaraq həbs edilib.

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2020

BÜTÜN XƏBƏRLƏR