“Avropa dövlətləri “Qərb 2017” təlimlərinə görə zağ-zağ əsirlər”
Daha öncələr xəbər verdiyimiz kimi, Rusiya bu ay Belarusla bilrikdə, Polşa, Litva, Latviya, Estoniya, Ukrayna və Finlandiyanın hüdudları yaxınlığında “Qərb-2017 adlı hərbi təlimlər keçirəcək.
Qərb analitiklərini uzun zamandır düşündürən sual budur: Putin Lukaşenkonu aradan götürüb Ukrayna və Baltikyanı bölgəyə girməyi planlayırmı?
“Avropa indi Putinin dəhşətli təlimləri qarşısında tir-tir əsir”, -Almaniyanın “Bild” qəzeti yazır.
Qəzet Rusiyanın hərbi təlimləri sırf müdafiə məqsədilə keçridyini bəyan etdiyini, lakin Avropa dövlətlərinin buna inanmadığını vurğulayır.
“Bizim bölgənin dövlətləri Rusiya Müdafiə Nazirliyinin bu cür bəyanatına inanancaq qədər məsuliyyətsiz deyillər”,- Litvanın müdafiə naziri Robertas Şapronas qəzetin yazarı Yulian Repkeyə bildirib. Onun sözlərinə görə, Rusiyanın əvvəllər keçirdiyi “Qərb-2009” və “Qərb -2013” təlimləri də heç də müadfiə xarakteri daşımayıb.
Finlandiyanın hərbi eksperti Andreas Turunen təlimlərdə rusların rəsmi şəkildə göstərdiyi kimi, 5,5 min hərbçinin əvəzinə 100 mindən 240 minə qədər əsgərin iştirak edəcəyini söyləyib:
“Elə Kremlin özünün bildiridiyinə görə, burada 250 tank, 200-dən çox artilleriya və raket qurğusunun, 70 təyyarə və10 hərbi gəminin cəlb olunacağı gözlənilir”.
“Rusiyanın hərbi təlimlərdə minimum və maksimum hədəfi var”, - alman politoloq Andreas Umland qeyd edir. Minimum vəzifə Belarus üzərində tam hakim olmaqdır. Bundan başqa, o, Şərqi Avropa ölkələrini özlərini həm iqtisadi, həm də siyasi cəhətdən güvənsizlik və qorxu içində yaşamasını istəyir”.

Ekspert Putinin təlimlərdən istifadə edərək Belarusun işğalını bitirməyi və Ukraynaya yeni müdaxilə həyata keçriməsini mümkün hesab etdiyini bildirib.
“Bundan başqa, Kreml Baltikyanı ölkələrdə yaşayan rusdilli əhalinin qorumaq bəhanəsi ilə Krımda olduğu kimi “yaşıl adamcıqlar”dan ibarət yeni “özünümüdafiə dəstələri göndərə bilər”,- Umland qeyd edir.
ABŞ-ın “The Daily Beast” qəzeti isə adı çəkilən ölkələrdən başqa Belarusun özündə də eyni qorxunun hakim kəsildiyini yazır.
“Belarusun özündə Moskvanın onların vasitəsilə qonşu ölkələrə hərbi müdaxiləi həyata keçirməsini ölkə üçün faydalı olacağına dair şübhə edənlər çoxdur”, - jurnalist Anna Nemtsova yazır.
“The Daily Beast”-ə danışıan Belarus parlamentinin deputatı Anna Konopatskya Moskvanın siyasi gündəminin Minskin prioritetləri ilə uyğun gəlmədiyni söyləyir. Yazıda hazırda belaruslar içində Rusiyaya qarşı milləti axınların gücləndiyi vurğulanır.

Rusiyanın müstəqil hərbi eksperti Aleksandr Qolts Rusiyann NATO gücləri ilə Avropada savaşması halında ona Belarus ərazisində ağır texnikanı yerləşdirə biləcək bazalara ehtiyacı olduğunu qeyd edib. Lakin onun fikrincə, Lukaşenko heç də həmişə rusların bu tip tələblərini yerinə yetirməyə həvəslə yanaşmır.
“Məsələn, Lukaşenko Rusiya hərbi-hava qüvvələrinə Baranoviçi vilayətində hərbi bazalar verilməsi barədə vədini yerinə yetirmir. Çünki Belarus prezidentinin Rusiya və NATO-nun arasında qalmaq fikri yoxdur”, - Qolts yazı müəllifinə bildirib.
Musavat.com






