Krımda Rusiyaya məxsus aviabazada baş verən ard-arda partlayışlardan sonra ortaya çıxan peyk görüntüləri dəyən ziyanın miqyasını gözlər önünə sərib.
Musavat.com xəbər verir ki, Saki aviabazasında baş verən partlayışlar zamanı Ukrayna tərəfi 9 hərbi təyyarənin məhv olduğunu açıqlamışdı. Peyk görüntüləri isə Ukrayna tərəfinin bu açıqlamasının doğru olduğunu üzə çıxardıb. Belə ki, "Planet Lab" peyk şirkəti partlayışdan əvvəlki və sonrakı görüntüləri paylaşıb. Fotolarda çox sayda hərbi təyyarənin parça-parça olduğu aydın görünür.


Qərb mediasında isə hadisəni Rusiya Hava Qüvvələrinə tək səfərdə vurulmuş ən böyük zərər olaraq şərh edilib.
Qeyd edək ki, Rusiya təyyarələrini parça-parça edən partlayışlar avqustun 9-da meydana gəlib. Aviabazanın rus turistlərin istirahət üçün ən çox üz tutduğu kurorlara yaxın olması turistləri də cıddi qorxudub. Ard-arda baş verən partlayışları eşidən turistlər özlərini itirərək naməlum istiqamətdə qaçmağa başlayıblar.
![]()
Sosial şəbəkələrdə paylaşılan alovların və onmetrlərlə yüksəkliyə qalxan qara tüstünün fotoları isə partlayışın həqiqətən böyük miqyasda olduğunu, böyük fəsadlar yaratdığını göstərir. Məlumatlarda azı 1 nəfərin özlüyü, 14 nəfərin yaralandığı qeyd olunub.
Partlayışlardan sonra açıqlama verən Rusiya tərəfi aviabazadakı cəbbəxananın partladığını, hər hansı hücumdan söhbət belə gedə bilməyəcəyini bildirib. Rusiya tərəfi heç bir itkinin və zərərin olmadığını deyib.
Sergey Aksyonov (Krım Muxtar Respublikasının Nazirlər Şurasının Sədri) isə Krımda fövqaladə hal elan edib və 252 nəfərin sığınacaqlara yerləşdirildiyini bildirib.

Ukrayna tərəfindən verilən açıqlamalar isə ziddiyətli olub.
Belə ki, hadisədən sonra kameralar qarşısına keçən Ukrayna Prezidenti Volodimir Zelenski "Müharibə Krımın rus işqalçılardan azad edilməsi ilə bitməlidir" ifadəsini işlədsə də partlayış haqqında heç nə deməyib.
Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podalyak Ukraynanın partlayışlarla bir bağlantısının olmadığını bildirib. Ukrayna müdafiə naziri Oleksiy Reznikov da partlayışlarda elə rusların özlərini günahlandırıb.
"Zənn edirəm ki, rus əsgərlər çox sadə bir xəbərdarlığa uymayıblar. O da "təhlükəli yerlərdə siqaret çəkməyin" xəbərdarlığıdır", - Ukraynanın müdafiə naziri yarı ciddi, yarı zarafat açıqlamasını belə verib.
Ancaq saatlar sonra Kiyevdən "Rusiyanın tərkisilah edilməsi hələ yeni başlayır" açıqlaması gəlib.
Müharibənin Öyrənilməsi İnstitutu (ISW) aviabazanın Ukrayna tərəfindən partladıldığını qeyd edib: "Partlayışlar Ukraynanın rus işqalçılara qarşı hücuma başladığını göstərir və bu barədə ukraynalı məsullar da xəbərdarlıq edərək avqust, sentyabr aylarında nəticəni müəyyənləşdirən gərgin münaqişələrin gözlənildiyini bildirmişdilər".
Amerikanın "Washington Post" qəzeti Saki aviabazasına Ukrayna Xüsusi Təyinatlıların əməliyyat təşkil etdiyini yazıb. Qəzet bu məlumatı Kiyev adminstrasiyasından gizli bir mənbədən əldə etdiyini qeyd edib.
Hərbi ekspertlər Rusiyanın Qara Dəniz Hava Donanmasına aid təyarələrinin yarıdan çoxunu itirdiyini iddia edib. Azı 8 təyyarənin məhv edildiyi fotolardan aydın görünür.
![]()
Qeyd edək ki, ukraynalılar həftələrdir rusların işqal etdiyi Herson şəhərinə hücum təşkil edirlər. Herson Krım yarımadasının şimalında yerləşir və aradakı Dinepr çayının üzərindəki körpülər Ukrayna tərəfindən dəfələrlə raketlərlə vurulub. Birbaşa Krıma yönələn bir hücum isə müharibənin daha da qızışması anlamına gəlir.
Rusiyanın eks prezidenti Dmitri Medvedev isə keçən ay "təhdid dili"ni işə salaraq Krımın hədəf alınmasının Ukrayna üçün "qiyamət" anlamına gəldiyini söyləmişdi.
Qeyd edək ki, 2014-cü ilə, Krımın işğalına qadər Saki aviabazası Ukraynaya aid olub. İndi isə bu aviabaza rus savaş təyyarələrinə ev sahibliyi edir.
Krımdakı partlayışlardan təxminən 24 saat sonra Belarusda Qomel şəhəri yaxınlığındakı Zubrovka aviabazasında da ard-arda partlayış səsləri eşidilib. Belarusun müdafiə naziri səslərin sınaqdan keçirilən mühərriklərdən gəldiyini bildirib və xəsarət alan olmadığını qeyd edib.
Belarus mediası isə partlayışın azı səkkiz dəfə təkrarlandığını, Ukraynanın ilk dəfə olaraq Belarusu da hədəf ala biləcəyini yazıb.
Musavat.com






