İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımda Rusiyaya böyük şok: İnanılmaz itkilər

1706 12.08.2022 13:08 Dünya A A

Müxtəlif mənbələr Krımdakı Saki aerodromunda 8-dən 24-ə qədər Rusiya hərbi təyyarəsinin - əsasən qırıcı və kəşfiyyatçıların məhv edildiyini bildirirlər.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, “Forbes” Rusiyanın Krımdakı son itkilərini hesablayıb.

Partlayışlardan bir neçə saat əvvəl ABŞ-ın “Planet Labs” şirkəti aerodromun peyk şəkillərini yayımlayıb. Həmin fotolara görə, partlayışlardan əvvəl aerodrom yaxınlığında 20-dən çox təyyarə dayanıb. Bunlar əsasən Su-30SM qırıcıları və Su-24MR kəşfiyyat təyyarələri, 1 ədəd İl-76 ağır hərbi nəqliyyat təyyarəsi və bir neçə helikopterdən ibarət olub.

“Forbes” müxtəlif mənbələrə əsaslanaraq, partlayışlardan əvvəl aerodromda 650-850 milyon dollar dəyərində təyyarənin olduğunu təxmin edir.

Nəşr Su-30SM-in 50, Su-24MR-in 6, İl-76-nın isə 86 milyon dollar dəyərində hesablayıb.

“UA Weapons Tracker” şirkəti isə Novofedorivka aerodromunda ən azı 11 təyyarənin məhv edildiyini təxmin edir – 5 ədəd Su-30SM qırıcısı və 6 ədəd Su-24MR zərbə və kəşfiyyat təyyarəsi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR