İnsanlara hürriyət, millətlərə istiqlal!

Krıma 17 PUA ilə hücum: silah anbarı vuruldu – Putin Moskvanın QİSASını alır – Elxan Şahinoğlu ilə CANLI

1092 24.07.2023 11:19 Son xəbər A A

Ukrayna Krıma 17 PUA ilə hücuma cəhd edib, onların hamısı hava hücumundan müdafiə vasitələri ilə məhv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“14 Ukrayna PUA-sı elektron müharibə vasitəsilə endirilib, onlardan 11-si Qara dənizə, daha üçü isə yarımadaya düşüb. Daha üç PUA hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Hücum nəticəsində itki yoxdur”, - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Krım rəhbəri Sergey Aksyonov Krım səmasında 11 ədəd Ukrayna PUA-sının zərərsizləşdirildiyini demişdi. Hücum zamanı Canköy rayonunda silah-sursat anbarına, Kirovski rayonunda isə PUA-ların dağıntıları şəxsi evə ziyan vurub.

“Baza” Teleqram kanalı isə Canköydə silah anbarının vurulduğu barədə video yayıb.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/TVmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR