Krım tatarlarının lideri BMT Təhlükəsizlik Şurasında çıxış edəcək
Martın 31-də Krım tatarlarının lideri Mustafa Cəmilov BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək.
APA-nın UNN saytına istinadən verdiyi məlumata görə, bu barədə Krım Tatarları Məclisinin açıqlamasında bildirilir.
Bununla belə, ABŞ-da səfərdə olarkən Krım tatarlarının lideri, Ukrayna parlamentinin üzvü Mustafa Cəmilov Ukraynanın ABŞ-dakı səfiri Aleksandr Motsik, amerikalı senator Con Makkeyn, Nümayəndələr Palatasının spikeri Con Bonner və diaspora nümayəndələri ilə görüşəcək. Onun Karneqi Fondunda çıxış edəcəyi də gözlənilir.






