İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım artıq Rusiyada təhlükəsiz bölgə deyil, hərbi əməliyyatlar zonasıdır

1306 19.07.2023 20:26 Son xəbər A A

Rusiyada hakimiyyət və təbliğatçılar bir neçə aydır ki, hər kəsi Krımın təhlükəsiz olduğuna inandırmağa çalışır. Lakin hazırda orada, turizm mövsümünün qızğın vaxtında partlayış səsləri eşidilir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, 3 gün ərzində Krımda iki ciddi fövqəladə hadisə baş verib.

Bazar ertəsi gecə Krım körpüsü partladılıb, çərşənbə günü isə Kirovski rayonundakı hərbi poliqonda partlayışlar olub və böyük yanğın başlayıb. Buna görə Tavrida şossesi boyu nəqliyyatın hərəkəti bağlanıb. Lakin bundan aylar öncəsi Rusiya rəhbərləri başqa sözlər deyirdilər. Rusiyanın müxalif saytları həmin vədləri xatırladıb:

3 fevral

Sergey Tsekov, Krımdan olan “senator”:

“Krım Qərb silahlarından yaxşı qorunur, hava hücumundan müdafiə sistemləri və digər silahlar yarımadada yerləşir. Krımlıların qorxusu yoxdur”

10 mart

Sergey Aksyonov, Krımın qondarma"rəhbəri":

“Yarımadanın həyatını təmin edən bütün mərkəzi obyektlər, o cümlədən logistika möhkəm qorunur. Hər şeydə nüansları, insan faktorunu nəzərə almaq, amma qlobal miqyasda heç nə Krımı təhdid etmir”.

2 aprel

Lyudmila Babiy, RİA Novosti üçün “turizm eksperti”:

"Vəziyyəti ayıq-sayıq qiymətləndirən və Krımda təhlükəsiz olduğunu başa düşənlər bu il ucuz istirahət görəcəklər"

12 iyun

Leonid Babaşov, Dövlət Dumasının Krım əsilli deputatı,:

“Krım həmişə qorunur. Məncə, heç bir risk yoxdur. Onların (Ukrayna Silahlı Qüvvələrinin) Xerson vilayətində minimal şansa malikdirlər . Amma bizdə 100 faiz risk görmürəm”.

18 iyul (artıq Krım körpüsünün partlamasından sonra)

Leonid İvlev, Dövlət Dumasının Krımdan olan deputatı:

“Krımda dincələcəyik, Krımda təhlükəsizdir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR