İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən TƏCİLİ AÇIQLAMA - Yalnız Azərbaycanın razılığı ilə ola bilər

3110 26.09.2023 15:02 Region A A

"Rusiya Ermənistan və Azərbaycanla əlaqələri davam etdirir".

Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsinin sözlərinə görə, istənilən missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər:

"Xeyr, biz hələ burada heç bir konkretlik görmürük. İstənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz öz növbəmizdə həm İrəvan, həm Bakı, həm də Qarabağın erməni sakinləri ilə əlaqələrimizi davam etdiririk".

Qeyd edək ki, sentyabrın 25-də Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın Qarabağdakı vəziyyətə nəzarət edəcək missiya yaradacağını bəyan edib. O əlavə edib ki, belə bir təşəbbüs fəal müzakirə olunur. Metyu Millerin sözlərinə görə, Vaşinqton müttəfiqləri ilə birlikdə bunun üzərində işləyir.

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR