KREMLDƏN MÜXALİFƏTƏ QARŞI AZƏRBAYCANSAYAĞI TEXNOLOGİYA
Parlamentdə yerlərin üçdə ikisinə nəzarəti itirdikdən sonra Kreml iki müddət Dövlət Dumasına rəhbərlik edən Boris Qrızlovu istefaya göndərib və onun yerinə ən güclü adamını-Prezident Administrasiyasının rəhbəri və hakimiyyətin “boz kardinalı” Sergey Narışkini göndərib. Ancaq parlamentdə yerlərin yarısına nəzarət edən Kommunist, “Ədalətli Rusiya” və Liberal Demokrat partiyaları iqtidarla Dövlət Dumasında vəzifələrin bölüşdürülməsinə dair qərarına qarşı çıxır. Bildirilir ki, Kreml öz namizədinin maneəsiz spiker seçilməsi üçün müxalifət partiyaları ilə əsl alverə başlayıb.
Bu alver nəticəsində razılaşdırılıb ki, yeni parlamentdə komitələrin sayı 29 olsun, onlardan 15-nə hakim, qalanlarına isə müxalifət partiyaları nəzarət edəcək. Belə ki, kommunistlərə 6, “Ədalətli Rusiya” və Liberal Demokrat partiyalarının hər birinə 4 komitə verilir. Kommunistlər ilk dəfədir ki, hərbi məsələlər komitəsinə nəzarət edə biləcəklər. Həmçinin MDB ölkələri ilə iş və sənaye komitələri də onların nəzarətində olacaq. Lakin kommunistlərin lideri Gennadi Zyuqanov bunlarla qane olmur və bildirir ki, hakim partiya ilə danışıqlar davam edir. O, tələblərin hamısının yerinə yetirilməyəcəyi təqdirdə Narışkinə səs verməyəcəklərini açıqlayıb. “Ədalətli Rusiya” Partiyasının lideri və parlament fraksiyasının rəhbəri Sergey Mironov da Narışkinə səs verməyəcəklərini elan edib: “Biz qərar vermişik ki, Sergey Narışkinə səs verməyək. O, çox peşəkar adamdır, ancaq bir nöqsanı var, bu da namizədliyinin ”Vahid Rusiya" tərəfindən irəli sürülməsidir". Vladimir Jirinovskinin rəhbərlik etdiyi liberal-demokratlar da gözlənilmədən Kremlə qarşı çıxıb. Jirinovski parlamentin təhlükəsizlik və beynəlxalq əlaqələr komitələrinin onlara verilməsini istəyir. Ancaq hakim partiya bu komitələri də güzəştə getsə, o zaman parlamentin strateji məsələlərə baxan bütün komitələrinə nəzarəti əldən verməli olacaq. Jirinovski jurnalistlərlə söhbətində komitələrin onlara verilməyəcəyi halda Narışkinə səs verməyəcəkləri ilə hədələyib. Beləliklə, yeni parlamentin ilk iclasında Kremlin spikerliyə namizədinin yetərli dəstək qazanmayacağı təhlükəsi yaranıb. Hətta o, seçilsə belə əleyhinə verilən səslərin sayı kifayət qədər çox olacaq və ekspertlər bunu Kremlin namizədi üçün rüsvayçılıq hesab edirlər.
Parlamentdə təmsil olunmayan müxalifət isə dekabrın 24-nə təyin edilmiş aksiyaya hazırlaşır. Bu aksiya ərəfəsində Rusiya xüsusi xidmət orqanları demokratik qüvvələrin liderlərindən Boris Nemtsovun müxalifət liderləri ilə gizli şəkildə qeydə alınmış danışıqlarını internetə ötürüb (Qeyd edək ki, müxalifətə qarşı bu cür kampaniyalar Azərbaycan da istifadə edilib). Federal Təhlükəsizlik Xidmətinə yaxın hesab edilən life.ru saytı onun 6 saatlıq danışıqlarını yayıb. Həmin söhbətlərdə Nemtsov mitinqlərə hazırlıq, seçkilərin nəticələrinə etiraz olaraq meydanlara toplaşan insanlar və digər mövzularda danışır. Bu zaman o, qeyri-etik ifadələrdən də istifadə edir. Belə görünür ki, xüsusi xidmət orqanları 24 dekabr aksiyasında kütləviliyi əngəlləmək üçün müxalifət liderlərini şantaj etməyə başlayıb. Nemtsov isə telefon danışıqlarının internetə yayılmasından sonra öz bloqunda barəsində qeyri-etik ifadələr işlətdiyi siyasətçilərdən üzr istəyib: “Hesab edirəm ki, düz etməmişəm. Hətta öz yaxınların və dostlarınla telefonla danışanda da emosiyaları cilovlamaq lazım idi”. Nemtsov bildirib ki, bu telefon danışıqlarını yaymaqla baş nazir Putin və Kreml administrasiyası rəhbərinin müavini, hakimiyyətin əsas siyasi texnoloqu Vladimir Surkov müxalifət sıralarında parçalanma yaratmaq, 24 dekabr mitinqinin təşkilat komitəsini dağıtmaq istəyir. “Mən əminəm ki, Kremldəki yaramazlar 24 dekabr mitinqini əngəlləyə bilməyəcəklər. Putinin isə juliklər və oğrularla birlikdə hakimiyyətdən getməsi qaçılmazdır” deyə, o bildirib. Maraqlıdır ki, Nemtsovun danışıqlarının internetə yayılması müxalif elektoratda hakimiyyətə qarşı qəzəbi daha da artırıb və bu, internet bloqlarında aparılan müzakirələrdə özünü göstərir.