İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Putinin “Ştazi”də xidmət etyinə dair xəbərlərə narahat reaksiya verir...

2199 29.12.2018 18:21 Dünya A A

Xəbər verildiyi kimi, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin vaxtilə Almaniya Demokratik Repsublikasının xüsusi xidmət orqanında da qulluq etdiyi ortaya çıxıb. Prezidentin mətbuat katibi Dmitri Peskov həmin vaxt Almaniyanın şərq hissəsinin SSRİ ilə müttəfiq olduğunu xatırladaraq bunun normal hal olduğunu söyləyib.

“Dmitri Peskovun Putinin “Ştazi”də xidmət etdiyinə dair xəbərə olduqca tez reaksiya verməsi Kremlin məsələyə ciddi yanaşmasını göstərir”,- deyə Almaniyanın “Focus” jurnalında Boris Rayşuster yazır.

Müəllifin fikrincə, ümumiyyətlə, Putinin Drezdendəki fəaliyyəti ilə bağlı yeni materialların ortaya çıxması onun kəşfiyyatçı kimi şişirdilən obrazını aşağı sala bilər.

Belə ki, kəşfiyyatçı Vladimir Putinin Almaniyada əslində oldiuqca bəsit və ikinci dərəcəli işlər gördüyü ortaya çıxmış olacaq.

“Moskvada Putinin Drezdendə casus şəbəkəsinə rəhbərlik etdiyi əfsanələri dolaşır. Lakin “Ştazi”nin arxivindən də görünür ki, Putinin rolu o qədər də vacib olmayıb. Əksər sənədlərdə ancaq onun şefinin imzası durur”,- deyə Rayşuster qeyd edir.

“Həmin dövrdə onun sinəsinin böyüklüyünə görə “Balkon” ləqəbi daşıyan qadın köməkçisi də olub. 2011-ci ilə qədər “Balkon” Almaniya Federativ Respublikasının xarici kəşfiyyat xidmətində (BND) çalışıb və Putinin Almaniyadakı yüngülxasiyyət macəraları haqqında hər yerdə danışırmış”,-deyə yazıda qeyd olunur.

Müəllifin bildirdiyinə görə, “Ştazi” vəsiqəsinin aşkar olunması daha çox simvolik xarakter daşıyır. Lakin 80-ci illərin sonunda Almaniyada baş verən hadisələr əbədi olaraq gələcək prezidentdə mənfi izlər və travmatik nəticə buraxıb.

“Burada Putinin dünyanın istənilən yerində, istər Kiyev, istərsə də Moskvada kütlələrin nümayişindən həmişə böyük narahatlıq keçirdiyi hiss olunur. Almaniyada olarkən Vladimir Putin Rusiyadakı soydaşlarından fəqli olaraq aşkarlıq və yenidənqurmanı azadlıq olaraq deyil, təhdid kimi qavrayıb. Bu da onun gələcəkdə avtoritar idarəetmə stilinə meyllənməsinə sövq edib”, sonda Boris Rayşuster bildirrir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR