İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kreml məni öldürmək istəyir” - Rusiyanın dopinq fırıldağının üstünü açan keçmiş məmurun müdhiş etirafları

1760 04.08.2020 19:49 Dünya A A

“Qarşımda duran adam mənimlə üzündə maska ilə danışır. Özü də biz “Skype” vasitəsilə söhbət edirik. Üstəlik mən Londondan kənardayam, doktor Qriqori Rodçenkov isə ABŞ-ın bilinməyən bir ucqarında, FTB-in silahlı agentlərinin əhatəsindədir. Ondan necə olduğunu soruşuram. Mənə qara maska və eynəkləri altından gülümsəyərək yaxşı olduğunu deyir”.

Musavat.com xəbər verir ki, bu cümlələr Böyük Britaniyanın “The Observer” qəzetinin yazarı Lyuk Hardinqin Rusiyanı dünyanın idman arenalarında dopinq fırıldağının üstünü açan, buna görə də vətənindən qaçmağa məcbur qalan Qriqori Rodçenkovla müsahibəsində keçir.

Qeyd etmək lazımdır ki, Qriqori Rodçenkov özü vaxtilə Moskva antidopinq mərkəzinin direktoru olub. O, “Rodçenkov işi” adlı xatirələr kitabında vaxtilə dopinq fırıldaqlarında rəsmi Moskvaya kömək etdiyini yazır. Belə ki, məhz Q.Rodçenkovun rəhbərliyi altında dopinq testlərdə ortaya çıxarıla bilməyən və idmançılara əlavə güc verən xüsusi kokteyl hazırlanıb. Onun köməyi ilə Rusiya beynəlxalq yarışlarda ard-arda qələbələr qazanıb. Qriqori Rodçenkovun sözlərinə görə, bu mənada 2012-ci ild Londonda keçirilən Yay və 2014-cü ildə Soçidə baş tutan Qış olimpiya oyunlarını ən çirkli idman müsabiqəsi adlandırmaq olar.

Qriqori Rodçenkovun əməliyyatdan öncəki halı

Qaçaq məmur bütün bunlardan şəxsən ölkənin birinci şəxsinin xəbəri olduğunu və daima xüsusi xidmət orqanlarından hesabat aldığını deyib.

Q.Rodçenkov karyerası ərzində yüzlərlə pozitiv çıxan dopinq testi gizlətdiyini boynuna alıb. O, bu məsələni Kreml siyasətçiləri və yüksək rütbəli dövlət rəsmiləri ilə koordinasiylı şəkildə həyata keçirdiyini deyir. Onun sözlərinə görə, Soçi olimpiadası yaxınlaşan zaman Kreml Rusiyanın nəticələrinin nə yolla olursa olsun yüksək olması barədə onlara göstəriş verib.

Rusiyalı mühacir bu prosesin 2012-ci idlə London Yay olimpiya oyunlarında bariz şəkildə sınaqdan keçirildiyini vurğulayıb. Onun fikrincə, Böyük Britaniyanın Harlou bölgəsində yerləşən laboratoriya da burada əsas məsuliyyət daşıyır. Belə ki, ingilislər həmin vaxt 126 test nəticəsi müsbət çıxan idmançını vaxtında aşkarlamayıb. Onlardan 82-i yüngül atletikada mübarizə aparıb.

WADA, Rus atletlerin yarışlardan men edilmesini önerdi - Sputnik ...

2014-cü ildə keçirilən Soçi Qış olimpiadasında isə Moskva öz idmançılarını dopinqlə təmin etməkdən ötrü başgicəlləndirici əməliyyat aparıb. Q.Roçenkov bu məsələdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin xüsusi rol oynadığını deyir. 

Belə ki, Soçidə yerləşən dopinq laboratoriyasının yerləşdiyi otaqlarda Qriqoru Rodçenkovun köməkçisi Yuri Çijov kiçik dəliklər açıb. Rəsmi laboratoriyanın yerləşdiyi 125 saylı otaq FTX agentlərinin qaldığı 124 saylı otaqla bağlanıb. Burada FTX gələn laboratoriya testlərini əvvəlcədən hazır olan nəticələrlə əvəzləyib, həmin dəlik vasitəsilə yenidən içəriyə ötürüblər. Bütün bu əməliyyata orada adi çilingər kimi fəaliyyət göstərdiyi düşünülən, lakin əslində FTX zabiti olan Yevgeni Bloxin rəhbərlik edib. 

Bütün bu fırıldağa görə Q. Rodçenkov mükafatsız qalmyıb və prezidentdən “Dostluq” ordeni alıb. 

Qeyd edək ki, Qriqori Rodçenkov 2016-cı ildə ABŞ-da məskunlaşıb və estetik əməliyyat keçirib. O üzünü ilk dəfə 2018-ci ildə "CBS" televiziyasında '60 Minutes' verilişində qonaq olan zaman göstərib.

Qriqori Rodçenkovun əməliyyatdan sonrakı halı

Lakin sonradan hər şeyin üstü açılıb və Almaniyanın "ARD TV" kanalında Soçidə Rusiya idmançılarının dopinq testlərinin dəyişdirildiyi barədə xüsusi reportaj yayımlanıb. Beynəlxalq anti dopinq agentliyi WADA qanında dopinq aşkarlanan Rusiya idmançılarının test nəticələrinin basdırıldğı, Moskva şəhərindən 30 km aralıda yerləşən bir tullantı yerini təsbit edib. Burada Q.Rodçenkovun özünün əvvəldən həm almanları, həm də WADA-nı məlumatlandırdığı istisna edilmir. Vəziyyətin özü üçün təhlükəliliyini anlayan və “çox şey bilənin çox yaşamadığı prinsipini” bilən Q.Rodçenkov çarəni 2015-ci ilin noyabrında Rusiyadan qaçmaqda tapıb. İlk öncə o, Los-Ancelesə uçaraq rejissor Brayan Fogelin evində qalıb. Bir ay sonra isə Rodçenkov kameralar qarşısında öz dövlətinin idman sahəsindəki bütün fırıldağını açıb. Nəticədə Rusiya idmaçıları bir çox yarışlara qatılmaqdan məhrum ediliblər.

Qriqori Rodçenkov buna görə ağır bədəl ödəyə biləcəyini çox gözəl anladığını bildirir. Onun sözlərinə görə Kremldə kimin gələcəyindən asılı olaraq onun hökmü verilib. “Bu həyatımın faktıdır. Bilirəm ki bu ömrümün sonuna qədər davam edəcək. Hətta prezident dəyişdə belə mənə qarşı təqiblər səngiməyəcək”, - deyə o sonda vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR