İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml mayın 9-na hazırlaşır – ŞOK GƏLİŞMƏ – Kamran Həsənli ilə Sevinc Telmanqızı gündəmi təhlil edir

574 03.04.2023 15:56 Son xəbər A A

"Mayın 9-da keçiriləcək qələbə paradında təhlükəsizliyin təmin edilməsi üçün gücləndirilmiş tədbirlər görülür, bayram tədbirində dəyişiklik gözlənilmir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya ətrafında hadisələrin aqressiv inkişafı silahlı qüvvələrdən profilaktik istifadə hüququnu zəruri edir. Rusiya və Səudiyyə Ərəbistanı tərəfindən neft hasilatının azalması ilə bağlı ayrı-ayrı ölkələrin narazılığı onların öz işidir. Neft hasilatının səviyyəsinin aşağı salınması dünya enerji sektorunun maraqlarına uyğun həyata keçirilir. Rusiya Federasiyası OPEC+ ölkələri ilə daim təmasdadır və bazarın sabitləşdirilməsində öz maraqları var", - sözçü bildirib.

Peskov bir sıra OPEC+ ölkələrinin neft hasilatını könüllü şəkildə azaltmaq qərarını “müstəqil xətt” adlandırıb: "Putin bu həftə xarici səfirlərin etimadnaməsini qəbul edəcək və Moskva vilayətinin qubernatoru ilə işgüzar görüş keçirəcək".

Bu və gündəmdəki digər xəbərləri aparıcı Kamran Həsənli ilə Sevinc Telmanqızı gündəmi müzakirə edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR