İnsanlara hürriyət, millətlərə istiqlal!

Kral Salman üçün neft qiyaməti: onlarla raket və dronlar İrandan buraxılıb

2414 17.09.2019 16:01 Dünya A A
 

Sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumu Yəməndə fəaliyyət göstərən husi qruplaşması deyil, birbaşa İran həyata keçirib.

Virtualaz.org xəbər verir ki, bu haqda “The Wall Street Journal” ABŞ kəşfiyyatına istinadən yazır. Qəzetin yazdığına görə Səudiyyə ərazisində cəmi 19 hədəf vurulub.

İran bu məqsədlə 20-dən çox zərbə pilotsuz təyyarəsi və “ən azı bir düjn” raket istifadə edib. Analoji məlumatı ABŞ kəşfiyyatına istinadən ABC News telekanalı da yayıb.

İran hakimiyyəti Abkaik və Xurays neft emalı zavodlarının vurulması ilə nəticələnən hücumda əli olduğunu qəti inkar edir. Bundan əvvəl Yəməndə İrandan dəstəklənən “Ənsar Allah” şiə qruplaşması hücuma görə məsuliyyəti üzərinə götürmüşdü və Səudiyyənin neft obyektlərinə 10 pilotsuz təyyarə ilə hücum etdiklərini açıqlamışdı. Lakin ABŞ dövlət katibi Maykl Pompeo dərhal bu bu bəyanatı şübhə altına alıb, hücuma görə İranı günahlandırıb.

ABC News qeyd edir ki, ABŞ və Səudiyyə Ərəbistanı hücuma görə məsuliyyəti rəsmən Tehranın üzərinə qoymaqda təmkinli davranırlar. Ər-Riyad hücumu araşdırmaq üçün beynəlxalq ekspertlər cəlb edəcəyini açıqlayıb. Tramp isə hücuma görə məsuliyyəti kimin daşıdığı qəti müəyyən ediləndən sonra mümkün reaksiyalar haqda danışıb. Bildirilir ki, hücumun İran ərazisindən edildiyi təsdiqlənsə nəinki Səudiyyə, eləcə də ABŞ hərbi cavab verə bilər.

“Bu hücumu İran edib. Husilər eləmədikləri işə görə məsuliyyəti üzərlərinə götürürlər”,-yüksək rütbəli ABŞ rəsmisi deyib. Mənbə əlavə edib ki, Tramp Ər-Riyadın rəsmən Tehranı günahlandırmasını gözləyir. Onlar yalnız bundan sonra ABŞ-ın köməyinə ümid edə bilərlər.

Xatırladaq ki, Səudiyyənin neft obyektlərinə zərbələrdən sonra bu ölkədə hasilat yarıdan çox azalıb. Dünya birjalarında neftin qiyməti sıçrayışla artıb.

Beynəlxalq ekspertlər də peyk görüntülərini təhlil edərək hücumun husilər tərəfindən həyata keçirildiyini şübhə altına alırlar. Hücumun ardınca çəkilən peyk görüntülərinə əsasən neft zavodlarına ciddi ziyan dəyib. Belə ki, neft emalı zavodlarının mühüm komponenti olan “stabilləşdirici qüllələr”dən bir neçəsi dağıdılıb. Boston beynəlxalq münasibətlər institutundan Coşu Şifrinson deyir: “Bu hücumun arxasında kim dayanırsa dayansın,  o nə elədiyini yaxşı bilib”.

Raketlər və dronlar Abqaiq  neft emalı zavodunda habelə qaynar qazın saxlanıldığı bir neçə sisterni də sıradan çıxarıb. Texas universitetinin professoru Yucel Akkutlu bildirir: “Çox böyük ehtimalla onları ona görə hədəf seçiblər ki, bu sisternlər partlamağı gözləyən hazır bombadır”.

Fabian Hints, Kaliforniyadakı  “James Martin Center for Nonproliferation Studies” mərkəzinin əməkdaşı, deyir ki, hücumun arxasında husilərin dayandığına inanmır. “Mənim böyük şübhəm var ki, onların sərəncamında Abqaiq zavoduna Yəməndən hücum etmək üçün hansısa vasitələr var”,- o bildirib.

Hints deyir ki, peyk çəkilişlərinə əsasən zavoda 17 raket və ya dron düşüb. Belə görünür ki, hücumda bundan daha çox sayda raket və dron istifadə edilmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR