İnsanlara hürriyət, millətlərə istiqlal!

Kosta-Rika yığmasının sabiq futbolçusu ürək dayanmasından ölüb

837 20.11.2016 21:57 Son xəbər A A
Kosta-Rika yığmasının sabiq futbolçusu Qabriel Badilya 32 yaşında ürək dayanmasından ölüb.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə idmançının iştirak etdiyi yüngül atletika yarışlarında baş verib.
 
10 km məsafəyə qaçışda iştirak edən Q.Badilyanın halı finişə 200 m qalmış qəflətən pisləşib. Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyib. 2001-ci ildən Kosta-Rika yığma komandasında oynayan, bu il karyerasını başa vuran Q.Badilyanın ölümünə səbəb  qəfil ürəyinin fəaliyyətinin dayanması olub. Qabriel Badilyanın son klubu Kosta-Rikanın “Saprissa” klubu  olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR