İnsanlara hürriyət, millətlərə istiqlal!

KOSMOSDA OTEL AÇILIR

2224 26.08.2011 23:36 Dünya A A

“Orbital texnologiyalar” şirkəti bu oteli 2016-cı ildə istifadəyə verməyi planlaşdırır. Kommersiya Kosmik Stansiyasında (otel belə adlanacaq) yeddi kosmik turist üçün otaqlar nəzərdə tutulub. Bu otaqların illüminatorundan yerin bənzərsiz və cazibədar mənzərəsi görünəcək.
Oteldə istirahət ucuz başa gəlməyəcək. Böyük ehtimalla, uçuşun qiyməti 410 min dollar, 2 günlük istirahət haqqı isə 166 min dollar olacaq. “Orbital texnologiyalar” şirkətinin qonaqları müxtəlif təamlardan dadacaqlar. Amma alkoqollu içkilərdən istifadə onlar üçün qadağ ediləcək.

“Proqress” və “Soyuz” gəmilərinin xidmət göstərəcəyi otel təkcə istirahət üçün nəzərdə tutulmayıb. Burada elmi araşdırmalar da aparılacaqdır.(itv)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR