Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının üzvlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarıldı.
Məlum oldu ki, komissiya üzvləri sırasına aşağıdakı şəxslər daxil edilib:
1. Adil Əliyev;
2. Ağazadə Əminə;
3. Elşad Mirbəşiroğlu;
4. Arzu Nağıyev;
5. Səfa Mirzəyev.
Sədr Sahibə Qafarova gündəlikdəki məsələni səsverməyə çıxardı. Məsələ müzakirə olunmadan yekdilliklə qəbul edildi.
E.Paşasoy,
Musavat.com






