İnsanlara hürriyət, millətlərə istiqlal!

Korrupsioner icra başçıları niyə həbsdən buraxılır? – Sevinc Telmanqızı ilə “Canlı debat”

825 15.09.2021 13:34 Gündəm A A

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbsdən buraxılıb.

Bu barədə APA-ya onun vəkili Elnur Vəliyev məlumat verib.

Vəkil bildirib ki, bir müddət əvvəl sabiq icra başçısının vəziyyəti pisləşib və o, Bakı şəhərində Mərkəzi Klinikaya yerləşdirilib.
Ötən gün isə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsi vəsatəti təmin edib və sabiq icra başçısı barədə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib. Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev koronavirusa yoluxub.

Bu barədə Report-a onun vəkili Leyla Məmmədova bildirib.

Vəkilin sözlərinə görə, hazırda müvəkkilinin vəziyyəti stabil-ağırdır: "Sentyabrın 13-də Mahir Quliyevin vəziyyəti ağırlaşdığı üçün Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına köçürülüb".

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında aldığı rüşvətin məbləği məlum olub.

“Report”un xəbərinə görə, istintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Ləğv edilmiş KİVDF-nin həbsdə olan sabiq rəhbəri Vüqar Səfərli istintaqa verdiyi ifadələrdə ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.
V.Səfərli Fondun təşkil etdiyi ziyafətlərlə bağlı olan mənimsəmə ittihamlarını qəbul etməyib.

İttihama görə, KİVDF-nin təşkil etdiyi tədbirlərə maksimum 250 nəfər çağırıldığı halda siyahıdakı qonaq sayı 400 nəfər göstərilib. V.Səfərli ifadəsində göstərib ki, ayrılan vəsaitlər obyekt sahiblərinə tam ödənilib: “Tədbirlərdə iştirak edən şəxslərin sayının az olması dəvət olunub iştirak etməyən şəxslərə görə ola bilərdi. Ancaq saya görə nəzərdə tutulan məbləğ tam ödənilib. Hər zaman sərfəli təkliflər “Altun” və “Xəmsə” restoranları tərəfindən edildiyindən tədbirlər adıçəkilən restoranlarda tender və satınalma qaydalarına əməl edilməklə təşkil olunub. Həmin məbləğlər üzrə ayrılmış vəsait təyinatı üzrə xərclənib”.
KİVDF tərəfindən 2017-2018-ci illərdə 103 min manata yaxın dəftərxana ləvazimatlarının alınması ilə bağlı (dəri çanta, bloknot, kitab təqvim, asma təqvim, stolüstü təqvim, qələm və s.) rəsmiləşmənin saxta olması ittihamlarını da qəbul etməyən V.Səfərli ləvazimatların media nümayəndələrinə paylanıldığını, həmin məbləğin jurnalistlərə xərcləndiyini deyib: “Həmin ləvazimatlar həqiqətən alınıb və müxtəlif mətbuat işçilərinə verilib. Ancaq həmin ləvazimatların paylanılması ilə bağlı rəsmi sənədlər tərtib olunmayıb. Ləvazimatların eyni gündə mühasib tərəfindən qəbul edilib xərcə silinməsi qanun pozuntusudur”.
Vüqar Səfərlinin mənimsəmə əməlləri ilə bağlı daha bir şübhəli məqam həyat yoldaşının adına olan “Futbol+Qol” qəzetinə 2015-2019-cu illərdə 300 min manat dövlət dəstəyinin ayrılması olub. O, bu faktla bağlı maliyyə yardımının digər qəzetlərə ayrıldığı kimi eyni qaydada aparıldığını bildirib: “Həqiqətən qəzetin təsisçisi həyat yoldaşım olub. Həmin qəzet Fond yaradılmamışdan qabaq da fəaliyyət göstərib. Qəzetə ayrılan yardım Fondun tələblərinə uyğun verilib. Qəzet də məbləği öz fəaliyyətinə xərcləyib”.

““Aİ-95” markalı benzinin qiyməti 1.60, “Aİ-98”in satışı isə 1.90 manat olub. “Aİ-98” az işlənsə də, “Aİ-95” çox işlənən yanacaqdır. Tələbatın çox olduğu yanacağın qiymətini birdən-birə 15 qəpik bahalaşdırmaq absurddur. Benzini il ərzində neçə dəfə bahalaşdırmaq olar? Açığı mən artım gözləmirdim, çünki artım hələ bir neçə ay əvvəl olmuşdu”.

Bu sözləri "modern.az"a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov benzinin bahalaşmasına münasibət bildirərkən deyib.

Deputat SOCAR-ın benzinin bahalaşması ilə bağlı verdiyi açıqlamadakı izahın anlaşılan olmadığını vurğulayıb:

“Hər dəfə də izah edirlər ki, Azərbaycanda istehsal edilmədiyi, xaricdən idxal olunduğu üçün qiymətlər artırılır. Neçə illərdir eyni şablon açıqlama verilir. Azərbaycan neft ölkəsidir. İdxal baha başa gəlirsə, zavod tik, öz ölkəndə istehsal et. Ölkədə ən çox işlənən “Aİ-92” və “Aİ-95” markalı benzinlərdir. Niyə bu vaxta qədər zavod tikib bu benzini özümüz istehsal etmirik ki, qiymətlər də belə yüksək olmasın?!

Məntiqlə neft bahalaşır deyə xaricdən idxal ediləni bahalaşdırırlarsa, daxildə istehsal edilən “Aİ-92” markalı benzini də ucuzlaşdırmalıdırlar. Amma bizdə qiymətin aşağı salınması görünməmiş şeydir. Bu gedişlə mən gözləyirəm ki, “Aİ-92”-ni də bahalaşdırsınlar”.

Parlamentari deyib ki, bu bahalaşmanın qarşılığında əmək haqları, pensiya və müavinətlərə yenidən baxılmalıdır:

“Siz buna təkcə benzinin bahalaşması kimi baxmayın, bu, ərzaqdan tutmuş qeyri-ərzağa qədər bütün sahələrə təsir edəcək. İnsanların həyat şəraitinə mənfi təsir göstərəcək. Məsələ çox ciddidir. Bu gün mağazadan 5 manata aldığın məhsul gələn həftə 5 manatdan baha olur. Bahalaşma sürətlə gedir, insanların vəziyyəti pisdir. Parlamentdə bu məsələlərə mütləq toxunacağıq”.

Bu və gündəmdəki digər mövzuları Sevinc Telmanqızı ilə “Canlı debat”da müzakirə etdik. İzləyin.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR