İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirusun yeni qorxulu ştammına qarşı ilk vaksin - “Novavax”

571 29.01.2021 12:39 Son xəbər A A

İngiltərədə aparıan araşdırmalar nəticəsində məlum olub ki, koronavirusa qarşı hazırlanan yeni “Novavax” vaksini 89,3 faiz təsirlidir.

BBC Türkçə-nin verdiyi xəbərə görə, adı çəkilən vaksin İngiltərədə ortaya çıxan koronavirusun yeni ştammına qarşı təsirli olan ilk peyvənddir.

İngiltərənin baş naziri Boris Conson “şad xəbər” deyə bəhs etdiyi vaksinin ölkənin səhiyyə orqanları tərəfindən araşdırılacağını bildirib.

Artıq İngiltərə 60 milyon doza “Novavax” vaksini sifariş edib. Məlumata görə, vaksin “Stokton-on-Tis”şəhərində istehsal olunacaq. Rəsmilər onu da qeyd edib ki, İngiltərənin Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Təşkilatının təsdiqindən sonra bu ilin ikinci yarısından vaksinlərin alınmasına başlanılacaq.

Həmçinin qeyd olunur ki, “Novavax” Oksford universiteti tərəfindən hazırlanan vaksindən sonra İngiltərədə geniş şəkildə sınaqlardan keçirilən ikinci vaksindir.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR