İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirusun yeni "Kolumbiya" ştammı - vaksinlər bu varianta qarşı nə dərəcədə təsirlidir?

459 12.08.2021 17:58 Səhiyyə A A


İlk dəfə Kolumbiyada aşkarlanan və son bir neçə həftədə ABŞ-da da aşkar edilən koronavirusun yeni variantı mütəxəssislər tərəfindən yaxından izlənilir.

Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, bir müddət əvvəl Belçikada qocalar evində yaşayan, peyvəndin hər iki dozasını almış 7 nəfər məhz bu ştammdan dünyasını dəyişib.

Bu günə qədər koronavirusun bir neçə mutasiyaya uğramış variantı ortaya çıxıb və hər ştammın demək olar ki, özünə məxsus adı var. Məsələn, “Alfa”, “Beta”, “Qamma”, “Delta”.

Lakin hələlik yeni ştamm sadəcə B.1.621 nömrəli “Kolumbiya” variantı kimi qeyd olunur.

Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bu ştamm haqqında danışılarkən bildirilib ki, hələlik yeni variant diqqətlə öyrənilməyib.

B.1,621, Kolumbiya variantı Belçikada yoluxma hallarının yalnız 1 faizini, ABŞ -da isə 2%-ni təşkil edir. Cənubi Floridada bu nisbət daha yüksəkdir.

Peyvəndlərin Kolumbiya variantına qarşı daha az təsirli olduğuna dair bəzi göstəricilər olsa da, "Public Health England" in (PHE) məlumatına görə, bu tapıntılar hələ də çox məhduddur və əlavə araşdırma tələb edir. Lakin “Kolumbiya” variantının “Delta” variantından daha çox yoluxucu olduğuna dair heç bir dəlil yoxdur.

Məlum olduğu kimi, hazırda dünyada mövcud olan vaksinlər koronavirusun köhnə variantlarına uyğun olaraq hazırlanıb. Elm adamları və peyvənd istehsalçıları, peyvəndlərin yeni variantlara qarşı da yüksək təsirli olduğunu, lakin bəzi variantlara qarşı daha az qoruma təmin etdiyini bildirirlər.

ABŞ-ın əczaçılıq şirkəti "Pfizer" ilə birlikdə koronavirus peyvəndi hazırlayan Almaniyada yerləşən "BioNTech" biotexnologiya şirkətinin baş direktoru Uğur Şahin bazar ertəsi verdiyi açıqlamada mövcud peyvəndin “Delta” variantı da daxil olmaqla bütün variantlara qarşı təsirli olduğunu və indiyə qədər heç bir yeniləməyə ehtiyac olmadığını deyib.

Peyvəndin 6-12 ay ərzində yenilənməsini tələb edəcək digər variantların ortaya çıxma ehtimalının çox yüksək olduğunu ifadə edən Şahin, "ancaq hazırda buna ehtiyac yoxdur",-deyə bildirib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR