İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirusun tüğyan etdiyi Çindən dünyanı şoka salacaq qərar...

2109 19.02.2020 21:35 Dünya A A

Çinin son qərarı ciddi böhrana səbəb ola bilər

Məlum olduğu kimi, artıq bir müddətdir ki, koronavirus epidemiyasının yeni növü bu günə qədər 2 mindən çox insanın həyatına son qoyub. İnsan ölümlərinin ən çox olduğu ölkə isə Çindir. Bu günə qədər dünyada 75.000-dən çox insan bu virusa yoluxub.  

Təkcə Çində deyil, Yaponiya, Avropanın bəzi ölkələrində virusa yoluxanların sayı hər keçən gün daha da artır. Yaponiyanın Yokohama limanında 14 gün karantində olan “Diamond Princess”  gəmisində 545 sərnişinində koronavirus əlamətləri aşkar edilib.

Cənubi Koreyada isə 20 nəfərd bu virus aşkar edilib. Beləliklə koronavirus həyəcanı bütün dünyada davam etməkdədir. Bu arada isə Çin və ABŞ arasında yeni gərginlik yaranıb. Gərginlik ABŞ-ın “Wall Street Journal” qəzetində Çində koronavirusun yayılması ilə bağlı “Çin Asiyanın real xəstə adamı” başlıqlı yazının dərc edilməsi ilə başlayıb. Həmin yazı Çini hökumətini xeyli qəzəbləndirib. 

Çin rəsmiləri bu gün açıqlama yayaraq bildirib ki, ABŞ-ın Çindəki “Wall Street Journal” qəzetinin 3 jurnalistinin mətbuat kartları ləğv edilib və 5 gün ərzində deportasiya ediləcək. Ekspertlər qeyd edir ki, bu, Çinin son illərdə verdiyi ən sərt qərarlardan biridir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Shuang qəzetdəki məqalənin "İrqçilik, ayrıseçkilik və sensasiyalı" olaraq xarakterizə edildiyini və "Wall Street Journal" ın hələ də üzr istəmədiyini açıqlayıb. 

Ağ Evin yüksək vəzifəli rəsmisi Lari Kudlov, Çinin daha çox şəhərlərdə "müharibə dövrü" tədbirləri görməli olduğunu izah edərək, Çini əsəbləşdirəcək açıqlamalar verib. Kudlov Çin rəsmilərini koronovirusun yayılması ilə əlaqəli məsələlərdə daha şəffaf olmağa çağırdı.

ABŞ-ın Çinin koronavirus müharibəsi ilə bağlı verdiyi əvvəlki açıqlamalar Pekin rəhbərliyinin reaksiyasını cəlb etdi və Çindən çox sərt cavablar gəldi. Pekin rəhbərliyi ABŞ-ı virusun yayılması ilə bağlı həyəcanlı mövqe göstərməkdə və dünyanı boş bir şey üçün narahat etməkdə günahlandırıb. 

Xalidə Gəray,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR