Bu gün Musavat.com saytının canlı yayımda "Facebook" və "Youtube" platformalarında həyata keçirdiyi, aparıcı Sevinc Telmanqızının təqdimatında baş tutan "Canlı debat” verilişində Azərbaycanda koronavirus pandemiyasına yoluxma hallarının həndəsi silsilə ilə artması, ölüm hallarının çoxalması, karantin qaydalarının sərtləşdirilməsi və çıxış yolları müzakirə olunub.
Studiyamızın qonağı Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm olub. Koronaviruslu xəstələrlə işləyən, onları müalicə edən həkim koronaviruslu xəstələrin müalicəsi, bu istiqamətdə özünü göstərən problemlər barədə danışıb.
"Youtube"dakı səhifəmizin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
"Facebook"dakı səhifəmizin ünvanı:
https://www.facebook.com/NewMusavat/
Musavat.com






