İnsanlara hürriyət, millətlərə istiqlal!

Koronavirusla mübarizəyə könüllü qoşulan şahzadə Sofiya dünyanın gündəmində - FOTOLAR

1005 22.04.2020 20:07 Gündəm A A

Koronavirusun yayılması ilə əlaqədar bütün dünya ölkələri fövqəladə vəziyyətdədir.

Dünya təxminən 5 aydır, koronavirusla mübarizə aparır. Epidemiya ilə mübarizə aparan tibb işçiləri ön plandadır. Ölkələr sağlamlıq infrastrukturlarını yaxşılaşdırmaq üçün əllərindən gələni edirlər.

İsveç də koronavirusla mübarizə aparan ölkələrdən biridir. Bu yaxınlarda İsveçdə səhiyyə infrastrukturunu yaxşılaşdırmaq və səhiyyə işçilərinə dəstək olmaq üçün könüllü qayğı göstərənlər işə cəlb edildi.

Könüllü bir qulluqçu olmaq üçün müraciət edən şəxslərdən biri də şahzadə Sofiya idi. 2015-ci ildə İsveç şahzadəsi Karl Filip Edmund Bertil ilə evlənən və İsveç şahzadəsi olan Sofiya könüllü tibb bacısı olaraq çalışır.

Musavat.com sizə hazırda könüllü olaraq koronavirus xəstəliyinə qarşı mübarizə aparan şahzadə Sofiya haqqında maraqlı məlumatları təqdim edir.

prenses sofia

İsveç şahzadəsi Sofiya üç günlük sağlamlıq təhsili ilə koronavirusa qarşı mübarizə aparmaq üçün Stokholmdakı bir xəstəxanada könüllü olaraq xidmət göstərib.

prenses sofia

Şahzadə Sofiya xəstələrlə birbaşa məşğul olmayacaq. O, həkimlərə və tibb bacılarına kömək edəcək. 35 yaşlı şahzadə mətbəx, dezinfeksiya və təmizlik işlərində xəstəxana işçilərinə dəstək olacaq.

prenses sofia

Şahzadə Sofiya İnstaqram hesabından paylaşdığı bir fotoda bunları yazıb: "İndi xəstəxananın müalicə şöbələrindən birinə yerləşdirildim. Burada yeni hazırlanmış həmkarlarımla birlikdə müxtəlif vəzifələrdə çalışan tibb işçilərinə dəstək oluram və beləcə özümü rahat hiss edirəm. Bu çətin anda kömək etmək imkanına sahib olmaq çox faydalıdır".



Kral sarayından Sofiyanın könüllü olaraq işləməsi barədə də açıqlama verilib. Açıqlamada Sofiyanın bu işə həqiqətən könüllü olaraq qatılması qeyd olunub. Həmçinin açıqlamada kral ailəsinin Sofiyanın bu addımını yüksək qiymətləndirdiyi bildirilib.

Şahzadə Sofiyanın bu addımı tək ailəsi yox, yerli əhali tərəfindən də rəğbətlə qarşılanıb.

Sosial şəbəkədə şahzadə Sofiyanı əsl insanlıq nümunəsi kimi göstərirlər.

prenses sofia

Qeyd edək ki, şahzadə Sofiya 2015-ci ildə taxtın dördüncü varisi Karl Filip ilə evlənib. O, İsveçin kral ailəsinə girməzdən əvvəl bir model və aparıcı idi.

Turan Oruc
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR